ADNA 12 startap layihəyə imza atdı
Tarix: 06.07.2015 | Saat: 22:55:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Next Step İnformasiya Mərkəzinin təyinatı İnqubasiya Mərkəzidir. Mərkəz az bir vaxt ərzində mühüm işlərə imza atıb və qısa zaman ərzində istedadlı tələbələri öz ətrafında cəmləyə bilib.
Bu il (2015-ci il) may ayının 15-də yaranan İnqubasiya Mərkəzi Startap - yeni başlayan layihələrə dəstək vermək məqsədilə fəaliyyət göstərir. Bu layihə əsasən istedadlı tələbələrin müstəqil fəaliyyətlərinə dəstək verilməsini nəzərdə tutur. “Öz ideyanı gerçəkləşdir - Realize your idea” loqosu altında fəaliyyət göstərən Mərkəzimizdə tələbələr öz işlərini ingilis dilində təqdim edirlər. Artıq bu günə qədər 30 nəfər tələbə layihələri ilə bağlı Mərkəzə müraciət ediblər ki, həmin layihələrdən 12-i qəbul olunub. Layihələrin ilk baxışı iyunun 30-da baş tutub. Layihələr ABŞ-ın Silikon Valisinin ( Cilikon Volley) 5 nəfərlik nümayəndəsi tərəfindən dinlənilib.
Qeyd edək ki, bu gün Mərkəzdə dünyanın ən məhşur biznes adamları öz təcrübələrini tələbələrimizlə bölüşürlər. ABŞ universitetlərindən gələn professorlar - dünya şöhrətli alim Naeem Zafar, eləcə də professor Rics Rasmussen tələbələrimizə sseminarlar keçiriblər. Bu günlərdə isə ADNA-nın Next Step İnformasiya Mərkəzinin rəhbəri Kamran İmaməliyevin təmsil olunduğu nümayəndə heyəti Rabitə və İnformasiy Texnologiyaları Nazirliyində görüşdə iştirak edib. Görüşdə ADNA-da yeni biznes inkibatorun qurulması və Startaplarla bagli fikir və mülahizələr səsləndirilməklə təhsil müəssisəmiz təqdir olunub və belə Mərkəzlərin inkişafı ilə bağlı fikirlər səslənib. Tədbirdə Azrbaycanın Təhsil müəssisələrində yaradılmış 30-dan çox startapçı nümayəndə iştirak edib. K.İmamquliyev zaman keçdikcə Mərkəzin daha da inkişaf etdirilməsinin və beynəlxalq aləmdə mühüm yerlərdən birini tutaraq, ADNA-da startap “layihələr ocağı”nın yaradılması məqsədilə əllərindən gələni əsirgəməyəcəklərini vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info