“Rio-de-Janeyroya mümkün qədər çox lisenziya qazanmalıyıq”
Tarix: 06.07.2015 | Saat: 23:21:00 | E-mail | Çapa göndər


Altay Həsənov: “Avropa Oyunlarından sonra rəqabət daha da artıb. Rəqiblərimiz gimnastlarımızın gücünü gördülər”
Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov birinci Avropa Oyunlarının yekunları və gimnastlarımızın çıxışları ilə bağlı bildirib ki, tarixdə ilk Avropa Oyunları həqiqətən çox möhtəşəm keçdi. Hakimlərin subyektivliyinə baxmayaraq, gimnastlarımız da ümumi qələbəyə öz töhfələrini verə bildilər: “Gimnastlarımız yarışlarda 7 medal qazandılar. Amma Oyunlar elə də asan keçmirdi. Çünki bu, idmandır və burada hər cür nəticə olur. Kədərli anlar də yaşadıq, sevincli anlar da. Bilirsiniz ki, bədii gimnastikada çıxışların qiymətləndirilməsi subyektiv xarakter daşıyır. Hakimlərin hərəsi çıxışa bir cür yanaşır. Qiymətləndirmə heç də hər zaman obyektiv olmur. Xüsusən biz bu halla neçə ildir ki, rastlaşırıq. Azərbaycan dövləti idmanın bütün növlərinin, o cümlədən gimnastikanın inkişafına xüsusi diqqət göstərir. Rəqiblərimizlə çox güclü rəqabət aparırıq. Ona görə də təbii ki, bizdən ehtiyat edirlər. Bəzən süni maneələr yaradırlar. Xüsusən də bu, hakimlərin şəxsi qərəzliyində, qeyri-obyektiv qiymətlərində hiss olunur. Biz bu halla elə ilk çıxışımızdan rastlaşdıq. Qrup komandamız bədii gimnastikada yaxşı çıxış etdiyi halda, aşağı qiymət aldı. Digər komandalara isə yüksək qiymət verirdilər ki, finala yolumuz kəsilsin. Onda federasiyamızın rəhbəri qərar qəbul etdi ki, biz ədalətsizlik faktlarını açıqlayaq. Buna son qoymaq lazımdır. Çünki neçə ildir biz bunu müşahidə edirdik. Bu dəfə yarışlara daha yüksək səviyyədə hazırlaşmışdıq. Ancaq hakimlər yenə öz işlərini gördülər və məcbur olub Federasiya adından etirazımı bildirdim. Təbii ki, idmançılarımız müəyyən qədər ruhdan düşmüşdülər və ikinci çıxışda yaxşı nəticə göstərə bilmədilər. Ona görə də biz bunu nəzərə alaraq diqqəti fərdi yarışlara yönəltdik və gimnastımız Marina Durunda ilə ciddi hazırlığa başladıq. Onun hazırlığı da yaxşı keçdi. Ədalətsizlik Marinaya da psixoloji cəhətdən təsirini göstərmişdi. Amma biz psixoloji gərginliyi aradan qaldırmağa nail ola bildik. O, azarkeşlərimizin də fəal dəstəyi ilə uğurla çıxış etdi və gümüş mükafat qazandı. Hər bir idman son nəticəyə əsaslanır. Xüsusən bədii gimnastikada yaxşı nəticə əldə etmək üçün illərlə vaxt lazım gəlir. Artıq biz bu səviyyəyə gəlib çatmışıq. Son bir ildir ki, Azərbaycanda idman gimnastikası sürətlə inkişaf edir. Həmçinin batut gimnastikasını, akrobatika və aerobikanı da yenidən dirçəltməyə başlamışıq və nəticələr özünü çox gözlətmədi. Biz ilk Avropa Oyunlarında idman gimnastikası üzrə 5, batutda 1 medal qazandıq. Mən deyərdim ki, bu, böyük uğurdur və gimnastlarımızın çıxışlarını müsbət qiymətləndiririk”. Altay Həsənov qeyd edib ki, birinci Avropa Oyunları başa çatdıqdan sonra təbii ki, idmançılarımıza bir az istirahət lazım idi: “Amma gimnastlarımızın istirahəti qısamüddətli oldu. Çünki bizi payızda lisenziya xarakterli dünya çempionatları gözləyir. Həm bədii gimnastika, həm batut, həm də idman gimnastikası üzrə yarışlarda biz Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına mümkün qədər çox lisenziya qazanmalıyıq. Ona görə də əsas işlərimiz hələ irəlidədir. Bilirik ki, çox çətin olacaq. Çünki Avropa Oyunlarından sonra rəqabət daha da artıb. Rəqiblərimiz gimnastlarımızın gücünü gördülər. Ona görə də qarşıdakı yarışlara daha ciddi hazırlaşacaqlar. Əvvəlcə lisenziyadan, daha sonra Olimpiya Oyunlarındakı məqsədlərimizdən danışa bilərik”.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info