TAP-la əlaqədar Albaniyada tikinti işlərinə başlanılıb
Tarix: 07.07.2015 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


“Trans-Adriatik” (TAP) boru kəməri layihəsi çərçivəsində TAP-ın Albaniyadan keçən hissəsinin marşrutu boyunca körpülərin tikintisinə və yolların bərpasına başlanılıb.
Bu barədə məlumat TAP-ın rəsmi saytında yer alıb. Məlumatda bildirilir ki, bununla bağlı keçirilən tədbirdə TAP-ın icraçı direktoru Yan Bredşou, Albaniyanın Baş naziri Edi Rama və bu ölkənin energetika naziri Damyan Qyiknuri iştirak ediblər. Baş nazir Edi Rama və energetika naziri Damyan Qyiknuri TAP boru kəməri layihəsinin Albaniya üçün əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, ölkənin ən böyük xarici investisiyalarından biri olan TAP Albaniyanın enerji sektoruna müsbət təsir göstərəcək və ümumilikdə xarici investisiyaların təşviqinə təsir edəcək. TAP-ın icraçı direktoru Yan Bredşou isə qeyd edib ki, boru kəmərinin marşrutu boyunca Albaniyadakı giriş yollarının və körpülərin ekoloji baxımdan təhlükəsiz tikintisi 2020-ci ildə Xəzər qazının Avropaya çıxışını təmin edəcək müasir boru kəmərləri halqasının inşası məqsədi daşıyır. "Biz ətraf mühitə minimum təsir və sıfır zərər prinsipinə sadiqik. Bu da öhdəliyin həyata keçirilməsində mühüm addımdır", - deyə TAP-ın icraçı direktoru vurğulayıb. TAP-ın Albaniyadan keçən hissəsində boru kəmərinin marşrutu boyunca təxminən 100 kilometr yolun bərpası, üç yeni körpünün tikintisi və 40-dan çox mövcud körpünün bərpası nəzərdə tutulub. Bütün bu işlərin 2016-cı ildə başa çatdırılması planlaşdırılıb. Uzunluğu təxminən 870 kilometr olan Trans-Adriatik boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoidə Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info