KİV-də reklamların yerləşdirilməsi mexanizmi araşdırılır
Tarix: 30.01.2013 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


Azərbaycan Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin iclası keçirilib. Şuradan verilən məlumata görə, bu gün MŞ-də qurumun 2012-ci ildə gördüyü işlərə dair hesabatı ictimaiyyətə təqdim ediləcək. Məsələ ilə bağlı qərar dünən İdarə Heyətinin iclasında qəbul edilib. İclasda müzakirə edilən başlıca məsələ də şuranın 2012-ci ildə gördüyü işlər olub. Əsas diqqətin MŞ-nin prosedur fəaliyyətinə uyğun olaraq şikayətlərin araşdırılması və qərarların qəbuluna yönəldiyi hesabat mətnində mühüm istiqamətlərdən birini də "reket jurnalistika"ya qarşı mübarizə tədbirləri təşkil edib.
Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul edilib. Tədbirdə müzakirə olunan ikinci məsələ MŞ-nin 2013-cü il üçün iş planı olub. Mövcud istiqamətdəki diskussiyaların gedişində vurğulanıb ki, yeni köşklərdə qəzet satışının vəziyyətini yaxşılaşdırmaq üçün tədbirlərin intensivləşdirilməsinə ehtiyac var. İH üzvləri "reket jurnalistika"ya qarşı mübarizənin də gücləndirilməsinə xüsusi diqqətin yetirilməli olduğunu vurğulayıblar. Müzakirə edilən növbəti məsələ kütləvi informasiya vasitələrinin iqtisadi imkanlarının artırılması yollarına, o cümlədən KİV-də reklamların yerləşdirilməsi mexanizminə dair olub. İclasda bildirilib ki, 2013-cü il seçki ili olduğundan siyasi həyatda aktivliyin müşahidə olunması gözlənilir. Bu xüsusda kütləvi aksiyalar zamanı jurnalist təhlükəsizliyi məsələsinə həssas yanaşılmalıdır. Qeyd edilib ki, mövcud istiqamətdəki fəaliyyətdə başlıca prinsip peşə vəzifəsini yerinə yetirən jurnalistlərin hər hansı maneə ilə üzləşməmələridir. Prosesləri işıqlandıran KİV nümayəndələrinə hər cür şərait yaradılmalıdır. Həmçinin, jurnalistlərin ekstremal şəraitdə iş aparmaları qaydalarının təkmilləşdirilməsinə, məsələ ilə əlaqədar zəruri tövsiyəl




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info