“Münaqişələrin tezliklə həll olunması üçün səylər birləşdirilməlidir”
Tarix: 07.07.2015 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova qurumun yay sessiyası çərçivəsində keçirilən müzakirələr zamanı çıxış edərək münaqişələrin tezliklə həll olunması üçün səylərin birləşdirilməsinin, dövlətlərin ərazi bütövlüyünə və suverenliyə hörmət əsasında mehriban qonşuluq münasibətlərinin saxlanmasının vacibliyini bildirib.
Bahar Muradova qeyd edib ki, artıq münaqişələrin həlli prosesində “danışıqlar üçün rəsmi dəstək” və ya “həllinə ümid etmək kimi” ifadələr çərçivəsindən çıxmaq lazımdır. O vurğulayıb ki, münaqişə zonalarında status-kvonun qəbuledilməzliyi ilə bağlı praktiki addımlar atılmalıdır. Nə qədər gec deyil ATƏT və onun Parlament Assambleyası hərəkət etməlidir. Münaqişələr nəticəsində öz evlərindən didərgin düşmüş milyonlarla insanın əziyyətlərinin davam etməməsi üçün təcili addımlar atılmalıdır. Müzakirələr zamanı çıxışında Azərbaycan Prezidentinin azərbaycanlıların İrəvana, Zəngəzura qayıdacaqları ilə bağlı fikirlərini qeyd edən Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyana cavab verən Bahar Muradova deyib: “Cənab Geqamyan, təşəkkür edirəm ki, bunu qeyd etdiniz. Azərbaycan İrəvan da daxil olmaqla öz tarixi torpaqlarına qayıdacaq. Buna əmin ola bilərsiniz”.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info