“Chatham House” Azərbaycanın suverenliyi və müstəqilliyinə hörmətlə yanaşır
Tarix: 07.07.2015 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin iştirakı ilə “Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutu”nda iyulun 8-də keçirilməsi nəzərdə tutulan tədbirlə bağlı Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən “Chatham House”a etiraz məktubu ünvanlanıb və müvafiq görüş
keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, “Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutu”nun rəhbərliyi tərəfindən səfirliyə göndərilmiş cavab məktubunda belə bir görüşün təşkilinin heç bir halda qondarma “Dağlıq Qarabağ respublikası”nın mövqeyinin təsdiqi və ya tanınması mənası daşımadığı vurğulanır. Bako Saakyanın səfəri ilə əlaqədar Azərbaycanın narahatlığının başa düşüldüyü qeyd olunaraq, “Chatham House”un Azərbaycanın suverenliyinə və müstəqilliyinə hörmətlə yanaşdığı bildirilir. Məktubda bu görüşün KİV-in iştirakı ilə keçirilən ictimai tədbir xarakteri daşımadığı, yalnız institutun məhdud saylı ekspertlərinin iştirakı ilə “Chatham House qaydaları” əsasında təşkil ediləcəyi qeyd olunaraq heç bir halda separatizm məramlarının təşviqinə xidmət etmədiyi diqqətə çatdırılır. Həmçinin bu tədbirin məhdud çərçivədə keçiriləcəyi nəzərə alınaraq onun barəsində “Chatham House”un internet saytında verilmiş elanın da çıxarıldığı məktubda qeyd olunur.




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşünü alqışlayır
19.04.2019
PA rəsmisi: “Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib”
19.04.2019
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19.04.2019
AXCP böhtanlara görə ReAl-dan niyə üzr istəmədi?
19.04.2019
Deputat: “Bu fərman məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanacağına böyük ümid yaradır”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info