“Qərb tərəfindən rədd edilən Gürcüstan yenidən Rusiyaya üz tutur”
Tarix: 07.07.2015 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


“Gürcüstanın Avrasiya İqtisadi İttifaqına qoşulması üçün dəstək verənlərin sayı 31 faizə yüksəlib”
2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan müharibəsi zamanı Gürcüstanın yalnız bir neçə eksperti Moskvanın bu ərazilərdə mövqelərini daha da gücləndirəcəklərinə ümid edirdi. Amma Qərbin Gürcüstanın Avropa Birliyi və NATO-ya qəbulunu ləngitməsi bu ölkədə yenidən Rusiyaya meylin atmasına səbəb olub. “The Washington Post”da dərc edilən məqalədə qeyd edilir ki, Gürcüstanı Qərb klubuna qəbul etməsələr, Rusiya yenidən nəzarəti ələ alacaq.
Rusiyanı yeni provokasiyaya çəkmək istəməyən Qərb hələlik Gürcüstanın NATO üzvlüyü və ümumiyyətlə alyansın genişlənməsi ilə bağlı söhbətləri bir kənara qoyub. Bu vəsiyyətdən yararlanan Moskva boşluğu doldurmağa başlayıb. Özünün dövlət informasiya ağentliyinin gurcü dilində filialını yaradan Rusiya bir cox strateji sahələrə investisiyalarını artırmağa başlayıb. Prezident Georqi Marqvelaşvili müsahibəsində bildirib ki, Rusiyanın basqa ölkələr üzərində xüsusi hüququnun olması paradiqması çərçivəsində sabitlik və təhlükəsizliyi təmin etmək mümkün deyil. Onun sözlərinə görə, Rusiya öz təsirini genişləndirmək, təkcə Gürcüstanda deyil, dünyada fəal olaraq işləyir. Lakin Rusiyanın varlığına rəğmən, Gürcüstan NATO və Avropa Birliyinə üzv olmaq üçün müəyyən addımlar atır. Məhz elə buna görə də son illərdə Əfqanıstana ən çox əsgər göndərən və ABŞ əsgərləri ilə birgə döyüşən Gürcüstan olub.
Xatırladaq ki, bir müddət əvvəl Putin ilə danışıqlarda əlaqələndirici şəxs funksiyasını öhdəsinə götürən kansler Anqela Merkel Avropa Birliyinin genişləndirilməsi imkanları barədə deyilənlərin əsassız olduğunu bildirmişdi. Eyni mövqeyi Amerika prezidenti Obama da bəyan etmişdi: “Nə Ukrayna, nə də Gürcüstan NATO-ya üzvlüyə hazır deyillər və bizim bu təşkilatı genişləndirmək üçün heç bir planımız yoxdur”. Ukraynada baş verən münaqişəyə rəğmən, Rusiya siyasətçiləri arasında Moldova və Gürcüstana dəstək verənlərin sayı artmaqdadır. Çoxları düşünür ki, Rusiya bu məsələdə Qərbi ustalıqla üstələyib. “Rusiya dünyanın bu hissəsində hakim kimi işləyir. Onlar hər şeyi nəzərə alırlar, planlaşdırırlar və bununla sübut etməyə çalışırlar ki, bölgəni avropalı və amerikalılardan daha yaxşı tanıyırlar” - deyə Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Tedo Çaparidze bildirir. ABŞ isə təsəlliverici tədbirlər həyata keçirməyə çalışaraq, mayda gürcü hərbçiləri ilə birgə təlimlər həyata keçirib. Bununla belə, Gürcüstan liderləri Qərb siyasətində nikbin olmaqda davam edirlər.
“Bizim məyusluq üçün vaxtımız belə, yoxdur və ambisiyalarımız eyni olaraq qalır”- deyə Avropa və Avro-Atlantik inteqrasiya məsələləri üzrə dövlət naziri David Bakradze bildirib. Eyni zamanda, bəzi gürcülər Amerikaya verdiklərindən daha az aldıqlarını düşünürlər. Gürcü jurnalist Şoren Şaverdaşvili deyir ki, onlar Rusiya və ya Putini sevməyə başlamayıblar: “Sadəcə, etiraf edilməlidir ki, biz Rusiya ilə təkbətək qalmışıq və biz hansı yollasa bu vəziyyətdə yaşamalıyıq”. Qərbdən imtina etmək məcburiyyətində qalan Gürcüstan başqa dəstək axtarmağa başlayıb. Milli Demokratiya İnstitutu tərəfindən həyata keçirilən araşdırmaya görə, aprel ayında Avropa Birliyi ilə ticarət sazişinin imzalanmasına dəstək verənlər əhalinin 68%-ni təşkil edidisə (xatırladaq ki, bu göstərici Ukraynada 80% göstərilirdi), hazırda Gürcüstanın Rusiyanın rəhbərliyi altında olan Avrasiya İqtisadi İttifaqına qoşulması üçün dəstək verənlərin sayı 31% olub. Rusiya ilə həmsərhəd olan Kaxetiya əyalətindən olan şərab tədarükçüsü Camal Veliaşvili bildirir: “Bizə kömək etmək istəyənlərə demək istəyirik ki, Rusiyaya maneçilik törətməyi dayandırın”. Veliaşvilinin sözlərinə görə, qadağalar götürüləndən sonra onun biznesi üç dəfə artıb. Rusiyanın Gürcüstandakı fəaliyyəti güclənsə belə, iki ölkə arasında diplomatik münasibətlər gərgin olaraq qalır. Qeyd edilməlidir ki, bu ilin iyunundan Gürcüstanda Rusiyanın "Sputnik" xəbər agentliyi yayımlanmağa başlayıb. İki dildə-rus və gürcü dillərində fəaliyyət göstərəcək xəbər agentliyi yeni ofislə təmin edilib. Ölkədə fəaliyyət göstərən və 16 mindən artıq üzvü olan “Avrasiya seçim-Gürcüstan” qrupunun Rusiyameyilli lideri Arçil Çkoidze bildirir ki, Gürcüstan neytral qalmaqla yanaşı, hərbi cəhətdən də azad olmalıdır. Qəribəsi budur ki, Gürcüstanın ən sadiq Qərbyönlü siyasətçiləri də artıq ümidlərini itiriblər. Müxalifətyönlü "Azad demokratlar" partiyasının lideri İrakli Alasaniyanın sözlərinə görə, bütün bunların asan başa gələcəyini heç kim gözləmirmiş. Xatırladaq ki, bir vaxtlar ölkənin müdafiə naziri postunu tutan və Qərbyönlü mövqeyinə görə də vəzifəsindən kənarlaşdırılan Alasaniya iddia edir ki, ölkəsinin NATO-ya qəbulu yalnız Putin hakimiyyətdən gedəndən sonra baş verə bilər. Amma unutmaq lazım deyil ki, Putin, ən azı 2024-cü ilə qədər Rusiyada hakimiyyətdə olacaq.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info