“Bakı Olimpiya Stadionu həqiqətən əzəmətlidir”
Tarix: 07.07.2015 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


Bakıda birinci Avropa Oyunlarında gümüş və bürünc medallar qazanmış almaniyalı cüdoçu Saundra Didrix bu idman tədbiri barədə təəssüratlarını AZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşüb. Onun fikrincə, Oyunlarda təşkilatçılıq ən yüksək səviyyədə olub. Yaraşıqlı və gülərüz idmançı söhbətinə bu sözlərlə başladı: “Hava limanında bir qrup könüllü qonaqları qarşılayırdı. Onların peşəkar hərəkətlərindən görünürdü ki, Oyunlara ciddi hazırlaşıblar”.
O, sözünü davam etdirərək deyib: “Bizi Atletlər Kəndinə gətirdilər. Hər bir komanda üçün milli bayrağı asılmış mənzillər ayrılmışdı. Kəndə ilk dəfə daxil olanda bizi xüsusi hisslər bürüdü. Yaşayış şəraiti çox gözəl idi. 10 nəfərdən ibarət komandamızı bir böyük mənzilə yerləşdirmişdilər. Bu, komanda ruhumuzu qoruyub saxlamaq üçün əhəmiyyətli idi”. Almaniyalı idmançı cüdo yarışlarının yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıraraq deyib: “Məşqlər üçün geniş otaqla təmin olunmuşduq. Hər bir komandanın ayrıca soyunub-geyinmə otağı vardı”. Saundra və həmkarları nəqliyyatın işindən də razı qalıblar. Məmnunluq hissini gizlədə bilməyən cüdoçu dedi: “Avtobuslar yaxşı işləyirdi. Bir dəfə də olsun bizi gözlətmədilər”. İdman obyektlərindən xoşu gəldiyini xüsusi vurğulayan idmançı dedi: “Biz tamaşaçı və azarkeş kimi üzgüçülük yarışlarının finalında olduq. Xeyli tamaşaçı tutan çox gözəl və müasir Su İdmanı Arenası idi. Bakı Olimpiya Stadionunuz isə həqiqətən seçilir. O, çox əzəmətlidir”. Konüllülərin yaxşı işini qiymətləndirən Saundra onlara təşəkkür etdi: “Könüllülərin hamısı nəzakətli və gülərüz idi. Həmişə kömək edirdilər. Avropa Oyunlarının müvəffəqiyyətlə keçməsinə onların xidməti az deyil. Könüllülər öz işlərini mükəmməl gördülər”. Saundra Didrix daha sonra dedi: “Mən tarixdə ilk və unudulmaz Avropa Oyunlarının təşkilinə görə Azərbaycan Milli Olimpiya Komitəsinə təşəkkür etmək istəyirəm”. İki medalın sahibi Azərbaycan idmançılarına böyük uğurlar arzulayaraq fikrini belə tamamladı: “Ümidvaram ki, yeni Atletlər Evi və idman arenaları gələcəkdə bu cür miqyaslı neçə-neçə beynəlxalq tədbirə xidmət edəcək”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info