ADA Universitetinin Yay Enerji məktəbində 17 ölkədən enerji mütəxəssisləri təhsil alır
Tarix: 07.07.2015 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


ADA Universitetində Xəzər Enerji və Ətraf Mühit Mərkəzi ilə SOCAR-ın birgə təşkil etdiyi 9-cu Bakı Yay Enerji Məktəbininin rəsmi açılış mərasimi olub. Universitetdən verilən məlumata görə, bu il məktəbə 17 ölkədən 47 iştirakçı qoşulub.
ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov salamlayıb, qarşıdan gələn iki həftəlik dərslərdə iştirakçılara uğurlar arzulayıb.
Rektor H.Paşayev qeyd edib ki, Xəzər hövzəsində neft və qaz hasilatı, eləcə də bölgədə enerji təhlükəsizliyi ilə bilavasitə məşğul olan hökumət və fərdi sektorun yüksək rəsmilərinin çıxış etdiyi Yay məktəbi son illər müvafiq sahə üzrə beynəlxalq mütəxəssislər arasında nüfuzlu proqram kimi tanınmağa, siyasi, elmi və işguzar dairələrin nümayəndələrini cəlb etməyə başlayıb. Öz növbəsində, vitse-prezident X.Məmmədov məktəb iştirakçılarına Azərbaycanın dünya neft və qaz hasilatında tarixi rolundan danışıb, Bakının neft sənayesində tək tətbiqi deyil, elmi mərkəz kimi də özünü təsdiq etdiyini diqqətə çatdırıb.
SOCAR nümayəndəsi bildirib ki, bu tarixi əhəmiyyəti Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da qoruyub saxlayıb. Belə ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu enerji strategiyası nəticəsində Xəzərin Azərbaycan sektorunda yeni yataqlar açılıb, ölkənin enerji təhlükəsizliyi təmin olunub, bölgə isə enerji təhlükəsizliyində Azərbaycan kimi etibarlı təchizatçı qazanıb.
Qeyd edək ki, iki həftəlik məktəb ərzində iştirakçılar enerji sahəsinin siyasi və iqtisadi əsasları, hüquqi bazası və digər fundamental mövzularla yanaşı, enerji və xarici siyasət, enerji və ətraf mühit kimi mövzularda da mühazirələr dinləyəcək, interaktiv məşğələlərdən yararlanacaqlar. ADA Universitetinin Bakı Yay Enerji Məktəbindən son səkkiz il ərzində 350 yerli və beynəlxalq enerji mütəxəssisi məzun olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info