“Alimlərin məvaciblərinin artırılması və sosial müdafiəsinin gücləndirilməsi gözlənilir”
Tarix: 30.01.2013 | Saat: 19:49:00 | E-mail | Çapa göndər


Bəxtiyar Əliyev: “Alimlərin mənzil şəraitinin yaxşılaşdırılması, məvaciblərinin artırılması, pensiya təminatlarının gücləndirilməsi və digər sosial məsələlərin həlli qanun qəbul edildikdən
sonra daha da yaxşı təmin ediləcək”


“Azərbaycanda müəllimlərin və alimlərin sosial müdafiəsinə yönəlik dövlət proqramlarının qəbuluna böyük ehtiyac var”. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev AMEA prezidenti Mahmud Kərimovun AMEA alimlərinin mənzil şəraitinin yaxşılaşdırılması haqqında dövlət proqramının hazırlanacağı haqqında açıqlamasına münasibət bildirərkən deyib. B. Əliyev bildirib ki, Azərbaycanda belə dövlət proqramlarının qəbulu zəruridir:

“Bəzən belə fikir yaranır ki, bu, sovet dövründən qalma düşüncə tərzidir, indi bazar iqtisadiyyatı əsasında formalaşan cəmiyyət var, hər şey bazar iqtisadiyyatı prinsiplərinə söykənməlidir. Deyirlər ki, elmi araşdırma aparılırsa, bunun nəticəsi olmalıdır, gəlir əldə edilməlidir və bu gəlirin bir hissəsi də bu yeniliyi əldə etmiş şəxsə verilməlidir. Mən düşünürəm ki, qanunvericilik bazası möhkəmləndikdən sonra bu işlər belə qurulacaq. Azərbaycanda çoxlu sayda yerli və xarici şirkətlər var ki, onların böyük sifarişləri var. Bu sifarişlər AMEA alimləri tərəfindən həyata keçirildiyi təqdirdə əldə olunan gəlirin bir hissəsi onların sosial müdafiəsinə yönəlməlidir”.

Azərbaycanda təhsil sahəsində hazırlanacaq yeni qanunlarla bağlı işçi qruplar yaradılıb

Komitənin sədr müavini Bəxtiyar Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, Milli Məclisin Elm və təhsil komitəsi tərəfindən təhsil sahəsinə aid bir sıra qanunlar hazırlanacaq. Onun sözlərinə görə, “Elm siyasəti haqqında” qanun qəbul edildikdən sonra ölkədə elm və təhsilin vəhdəti təmin ediləcək. Bundan sonra “Təhsil haqqında” qanunda nəzərdə tutulan digər törəmə qanunlar - “Ali təhsil haqqında”, “Orta təhsil haqqında” qanun, “Məktəbəqədər təhsil haqqında”, “Orta ixtisas peşə təhsili haqqında” və təhsilin standartları ilə bağlı qanunlar qəbul ediləcək: “Artıq bu qanun layihələri ilə bağlı işçi qruplar yaradılıb. Bu qanun layihələri üzərində iş gedir. “Elm siyasəti haqqında” qanun qüvvəyə mindikdən sonra bu işlər daha da sürətlənəcək”.

Elmi tədqiqat işi aparan insanların
sosial müdafiəsi möhkəmləndirilməlidir


Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev açıqlamasında onu da bildirib ki, Milli Məclisin yaz sessiyasında müzakirə olunacaq “Elm siyasəti haqqında” qanunda alimlərin sosial müdafiəsi ilə bağlı bir sıra əsaslı müddəalar əks olunub. Onun sözlərinə görə, elmdə yaxşı nəticələr əldə etmək, ilk növbədə, alimlərin sosial müdafiəsinin gücləndirilməsindən asılıdır: “Əgər alimlərin sosial müdafiəsi təmin edilməsə, onda yaxşı nəticələri görə bilmərik. Təkcə maddi-texniki bazanın gücləndirilməsi əsas deyil. Eyni zamanda tədqiqat işləri aparan insanların sosial müdafiəsi möhkəmləndirilməlidir ki, onlar bütövlükdə özünü elmə həsr edə bilsinlər. Alimlərin mənzil şəraitinin yaxşılaşdırılması, məvaciblərinin artırılması, pensiya təminatlarının gücləndirilməsi və digər sosial məsələlərin həlli bu qanun qəbul edildikdən sonra daha da yaxşı təmin ediləcək”. B.Əliyev deyib ki, qanunun qəbul edilməsi ilə Azərbaycanda fundamental elmi tədqiqatların aparılmasının, elmin inkişafının qanunvericilik bazası formalaşacaq: “Bunun əsasında artıq AMEA-nın və ali məktəblərin tərkibindəki elmi-tədqiqat institutlarının tədqiqatlarının vəhdəti təmin olunacaq. Qanunun qəbulu ilə elmin hüquqi statusu tam şəkildə müəyyənləşəcək. İndiyədək Azərbaycanda elmin statusu tam şəkildə müəyyənləşməyib, ayrı-ayrı qanunlarda öz əksini tapıb. Amma elmin statusunu müəyyən edən ayrıca baza qanunu olmayıb. Bu qanun qəbul ediləndən sonra elmin maliyyələşdirilməsi və prioritet sahələrin müəyyən edilməsində problemlərlə üzləşməyəcəyik”.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info