Vergi hüquqpozmalarına qarşı görülmüş mübarizə tədbirləri
Tarix: 07.07.2015 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


2015-ci ilin 1-ci yarımilliyi ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə cəmi 998 sayda cinayət işi başlanıb.
Bu cinayət işlərindən 203-ü vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq (bunlardan 134-ü külli miqdarda gəlir əldə etməklə vergidən yayınma) faktları ilə bağlı səyyar vergi yoxlamalarının nəticələrinə dair, 769-u vergi borcunun ödənilməməsi, 25-i operativ vergi nəzarəti tədbirlərinin nəticələrinə dair vergi orqanlarından daxil olmuş materiallar əsasında, 1-i isə qanunsuz sahibkarlıq faktı ilə bağlı digər hüquq-mühafizə orqanından daxil olmuş materiallar üzrə başlanıb.
Hesabat dövründə departamentdə cinayət işləri və materiallar üzrə aparılan araşdırmalar zamanı 26 milyon 366,9 min manat (2014-cü ilin eyni dövrü ilə müqayisədə 4,8 dəfə çox) vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
İstintaqı tamamlanmış cinayət işlərindən 71 iş 83 nəfər şəxs barəsində ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.
Departamentin İstintaq idarəsində 385 cinayət işi üzrə (2014-cü ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox) ibtidai istintaq tamamlanıb, 37 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İcraatına xitam verilmiş 314 cinayət işindən 273 iş üzrə bır sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri (44 iş üzrə külli miqdarda) ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində müvafiq qərarlar qəbul edilib.
Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 24 nəfər şəxs tutularaq departamentin İstintaq idarəsinə təhvil verilib, ibtidai istintaqdan yayınan 164 şəxsin məcburi qaydada gətirilməsi, 192 şəxsin tapılaraq istintaqa gəlmələri, 218 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib. Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 149 nəfər vergi ödəyicisi tapılaraq onların müvafiq vergi orqanlarına gəlmələri təmin olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Azərbaycan İrana neft ixracını azaldıb
20.01.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info