Gənc mütəxəssislər xarici ölkələrdə elmi təcrübə keçəcək
Tarix: 30.01.2013 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


AMEA Humanitar və İctimai Elmlər Bölməsinin hesabat iclası keçirildi. Öncə Rəyasət Heyətinin foyesində bölmə institutlarının 2012-ci ildə əldə etdikləri nailiyyətləri əks etdirən sərgi nümayiş etdirildi. Tədbiri giriş sözü ilə AMEA prezidenti, akademik Mahmud Kərimov açaraq gündəlikdəki məsələlər haqqında məlumat verdi. 2012-ci il Humanitar və İctimai Elmlər Bölməsi üçün olduqca uğurlu hadisələr, faydalı işlərlə zəngin olduğunu deyən bölmənin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdulla bildirdi ki, alimlərin elmi fəaliyyətində, xarici ökələrlə əlaqələrin qurulmasında əsas götürülmüş mühüm sənədlərdən biri Prezidentin 2009-cu il 04 may tarixli 255 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı” olub: “Cari ildə ölkə başçısının alimlərə diqqət və qayğı nümunəsi olaraq, tədqiqatların daha da genişləndirilməsi, elmi işçilərin əməyinin səmərəliliyinin artırılması, onların fəaliyyətinin yaxşılaşdırması, iş şəraitinin dünya standartlarına uyğunlaşdırılmasını təmin etmək məqsədilə bölməyə daxil olan ETM-lərin fəaliyyətinə təsir edəcək önəmli sərəncamlar imzalanıb. Bu baxımdan, Tarix İnstitutunun, Arxeologiya və Etnoqrafiya İnstitutunun, Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında imzalanmış sərəncamları xüsusi qeyd etmək lazımdır. Həmin sərəncamlara əsasən, 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Tarix İnstitutuna 3 milyon manat, Arxeologiya və Etnoqrafiya və Nəsimi adına Dilçilik institutlarının hər birinə isə 2 milyon manat ayrılıb. Bölmə ETM-ləri Prezidentin imzaladığı 24 sərəncamın, habelə müxtəlif dövlət proqramlarının icrası ilə əlaqədar nəzərdə tutulan vəzifələrin öhdəsindən uğurla gəliblər”. Bildirildi ki, 2012-ci ildə bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan İkinci Bakı Beynəlxalq Humanitar Forumu keçirilib. Oktyabrın 4-5-də 70 ölkəni və 7 mötəbər beynəlxalq təşkilatı təmsil edən 700 nəfərin iştirak etdiyi Forum Prezident İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə keçirilib.
Folklor İnstitutunda «Azərbaycan xalq yaradıcılığının qaynaqları, təşəkkülü, tarixi və inkişaf qanunauyğunluqları» istiqamətində, 4 problem, 7 mövzu, 57 iş, 51 mərhələ üzərində tədqiqat aparılıb. Bir sıra dəyərli kitablar ərsəyə gəlib ki, bunlardan prof. R.İmraninin 662 səhifəlik «Muğam fəlsəfəsi» əsəridir. Əsər ümummilli lider Heydər Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevaya ithaf olunub. Digər bir mühüm nəticə «Musiqi folkloru» şöbəsinin elmi-nəzəri işlərinin tərkib hissəsi kimi Qarabağ bölgəsindən toplanmış, hazırda unudulmuş və ya ifa olunmayan xalq mahnılarından, təsniflərdən, xalq rəqs nümunələrindən və aşıq havalarından ibarət “Qarabağ folkloru” (xalq mahnıları, təsnif və rəqsləri) albom-disklər (3 diskdən ibarətdir) hazırlanıb. Disklərə Azərbaycan və ingilis dillərində Qarabağın musiqi folkloru haqqında məlumat kitabçası da əlavə edilib.
Arxeologiya və Etnoqrafiya İnstitutunda “Azərbaycanda arxeoloji və etnoqrafik tədqiqatlar” istiqaməti, 6 problem, 23 mövzu, 23 mərhələ üzrə 23 iş görülüb. Hesabat ilində arxeoloji ekspedisiyaların sayı artıb, tədqiqatların həcmi genişlənmiş, ekspedisiyalara xarici arxeoloqların cəlb olunması, aidiyyəti üzrə yerli və xarici qurumlarla əməklaşlıq intensivləşib.
İqtisadiyyat İnstitutu 2011-2013-cü illərdə nəzərdə tutulan “Azərbaycanda rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşması və inkişafı (Yeni iqtisadi inkişaf modeli kontekstində)” istiqaməti, 4 problem və 13 mövzu, 13 iş əhatə edən ibarət elmi-tədqiqat işini yerinə yetiriblər. İqtisadiyyat İnstitutunun uğurları kimi İsa Alıyev, Yaşar Məmmədovun “Azərbaycan 2020: Gələcəyə baxış inkişaf konsepsiyasının nəzəri metodoloji əsasları” və digər kitabların nəşrini qeyd etmək olar.
İnsan Hüquqları Elmi-Tədqiqat İnstitutu “Beynəlxalq erməni terror şəbəkəsinin formalaşmasında ideoloji mənbələr” mövzusunun “Azərbaycan Respublikasına qarşı erməni terrorları” və “Ermənilərin Azərbaycan torpaqlarında məskunlaşması və ərazi (torpaq) iddialarının tədqiqi” adlı mərhələləri üzrə planlaşdırılmış tədqiqatlar başa çatdırılıb.
K.Abdulla bildirdi ki, akademik Ramiz Mehdiyevin “Bakinski raboçi” qəzetində yayımlanmış “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsi ictimaiyyət tərəfindən böyük əks-səda doğurub, məqalə ətrafında KİV-də müxtəlif ali təhsil və elmi-tədqiqat müəssisələrində müzakirələr aparılıb. Kiyevdə akademik Ramiz Mehdiyevin "Gorus-2010:absurd teatrı mövsümü" kitabının Ukrayna və ingilis dillərində nəşrinin təqdimatı olub. Həmçinin akademik R.Mehdiyevin "XXI əsrdə Azərbaycan ideyası kreativ millət konteksində" məqaləsi çap olunub.
Hesabat ilində humanitar sahə üzrə ETM əməkdaşlarının xarici əlaqələri əvvəlki illərə nisbətən daha da genişlənib. Alimlərimiz, xüsusən, gənclərimiz bir sıra beynəlxalq qurultay, simpozium və konfranslarda iştirak ediblər. Əvvəllər daha çox Türkiyə, İran, Gürcüstan və Rusiya ilə əlaqələr quran, həmin ölkələrdə təşkil olunmuş tədbirlərdə iştirak edən alimlərimiz 2012-ci ildə artıq Avropa ölkələri ilə də dialoqa giriblər.
Bölmənin bütün nailiyyətləri ilə yanaşı, bir sıra problemləri də diqqəti çəkir.
Belə ki, 2011-ci ildə AMEA Rəyasət Heyəti tərəfindən qərara alınmış bölmə ETM-lərinin daxilində eyni və ya oxşar şöbələrin işlədiyi problemləri ümumiləşdirərərək institutlararası problem laboratoriyaları yaradılması məsələsi cari ildə gerçəkləşməyib. Digər bir məsələ ölü dillər və mədəniyyətlərin öyrənilməsi üçün gənclərin xaricə ezam olunmasıdır. Artıq institutlar öz namizədlərini təklif ediblər, yaxın günlərdə onlarla görüş keçiriləcək.
Arxeologiya və Etnoqrafiya İnstitutu arxeoloji qazıntılar nəticəsində aşkar edilən nümunələrin inkişaf etmiş ölkələrin müvafiq elmi laboratoriyalarında analiz edilməsi, xarici elmi ezamiyyətlər, institutun nəşr işləri üçün maliyyə vəsaitinin artırılması, xarici ölkələrdə gənc mütəxəssislərin elmi təcrübə keçməsi, sualtı arxeoloji tədqiqatların aparılması məqsədi ilə müvafiq avadanlığın alınması üçün maliyyə vəsaitinin ayrılmasını, bölgələrdə ekspedisiyalar üçün bazaların yaradılmasını, arxeoloqların ağır çöl şəraitində işlədiklərini nəzərə alaraq onların dövlət tərəfindən sığortalanmasını xahiş edir. Əlyazmalar İnstitutunda saxlanan hər biri 500 şəkildən ibarət 2 cildlik fotoalbomun nəşri çox böyük maddi vəsaitin ayrılmasını tələb edir.

Nigar ABDULLAYEVA






 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info