Bakcell Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunub
Tarix: 07.07.2015 | Saat: 20:02:00 | E-mail | Çapa göndər


Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Birinci Avropa Oyunlarının telekommunikasiya xidmətlərinə verdiyi töhfəyə görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunub.
Bakcell tərəfindən Bakı Su İdmanı Mərkəzi, Bakı İdman Zalı, Tofiq Bəhramov adına Respublika Stadionu, Heydər Əliyev adına İdman Arenası, Atletlər kəndi, Bakı Kristal Zalı, “Fairmont” Oteli və Heydər Əliyev adına Beynəlxalq Hava Limanı kimi yarış və qeyri-yarış məkanları binadixili avadanlıqlarla təchiz olunub.
Birinci Avropa Oyunlarına hazırlıq işləri çərçivəsində istifadəçilərə göstərilən xidmətin yüksək səviyyədə təşkil olunması məqsədilə Bakcell şirkəti əlavə olaraq 95 ədəd 2G/3G stansiyası və 20 ədəd 4G xidməti dəstəkləyən stansiya quraşdırıb. Yüksək şəbəkə keçiriciliyini təmin edən əlavə innovativ avadanlıqların quraşdırılması nəticəsində Bakcell şəbəkəsi daha da gücləndirilərək Avropa Oyunlarının keçirildiyi bütün məkanlarda çoxlu sayda abunəçilərin yüksək keyfiyyətli səs və internet xidmətləri ilə təmin edib.
Layihənin icra olunduğu müddət ərzində Bakcell şirkəti digər təchizatçı şirkətlərlə birlikdə Avropa Oyunları Komandasının bir hissəsi olmaqla yanaşı dövlət layihəsinin yüksək səviyyədə gerçəkləşdirilməsinə xidmət göstərib.
Avropa Oyunları zamanı Azərbaycana gələn turistlərin 1000 nəfərdən çoxu 150 Mbit/s çatan sürəti dəstəkləyən ən müasir LTE xidmətindən faydalanmaq üçün Bakcell şəbəkəsini seçiblər. Onu da qeyd etmək lazımdır ki, Bakcell şirkəti Azərbaycanda fəaliyyət göstərən mobil operatorlar arasında abunəçilərinə rouminqdə olarkən 4G xidmətini təqdim edən ilk və yeganə operatordur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info