Suriyada təlimlərdə iştirak edən şəxs: “Verilən vədlərin heç biri doğru çıxmadı”
Tarix: 07.07.2015 | Saat: 20:40:00 | E-mail | Çapa göndər


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılan Mətləb Eyyubovla görüşüblər.
Bu barədə məlumat verən E. Behbudov bildirib ki, A. Eyyubov Cinayət Məcəlləsinin 283-cü (milli, irqi, dini ayrı seçkiliyin salınması) maddəsinə əsasən təqsirləndirilir: “Azər Eyyubov 1993-cü ildə Bakıda anadan olub. Üç ay Suriyada olub və geri qayıdan zaman hava limanında saxlanılıb. Oraya getməyinə peşman olduğunu dedi. Bildirdi ki, Bakıda ona verilən vədlərin heç biri doğru çıxmayıb. Suriyada namaz qılmayan şəxsləri ölümlə cəzalandırdıqlarını, orada təlimlər keçsə də, döyüşlərdə iştirak etmədiyini bildirdi”.
E. Behbudov A. Eyyubovun vəkillə təmin olunduğunu, saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti olmadığını da deyib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info