“Segodnya.ua”: “Ermənistanda kütləvi qan tökülməsi baş verə bilər”
Tarix: 07.07.2015 | Saat: 21:19:00 | E-mail | Çapa göndər


“Hakimiyyətin situasiyaya nəzarət edə biləcəyini demək çətindir”

Ermənistanı çalxalayan kütləvi etiraz aksiyalarına Ukrayna KİV-i də diqqət ayrımaqdadır.
“Segodnya.ua” yazır ki, Ermənistandakı etirazlar müharibəyə çevrilə bilər, amma Rusiyanı Donbasdan yayındırmayacaq: “Ermənistanda kütləvi aksiyalar səngimək bilmir. Politoloqlar bildirir ki, Ermənistan siyasi dönmə mərhələsinə qədəm qoyub. Hadisələrin mənfi tonda inkişafı isə Dağlıq Qarabağda situasiyanı kəskinləşdirə bilər”.
Qeyd edilir ki, minlərlə insan İrəvanın küçələrinə çıxıb: “Ermənilər təkcə kommunal xidmətlərin qiymətlərinin artırılmasına görə narazılıq etmirlər, onlar həm də indiki prezident Sərkisyanın işlərindən narazıdırlar. Amma siyasi ekspertlər deyir ki, Rusiyanın Cənubi Qafqazda müttəfiqi sayılan Ermənistanda aksiyalar Moskvanın diqqətini Donbasdan yayındırmayacaq.
“Ermənistan geopolitik baxımdan Rusiyadan çox asılıdır”. Bu barədə “Penta” siyasi araşdırmalar mərkəzinin rəhbəri Vladimir Fesenko bildiir. O qeyd edir ki, Rusiya Ermənistana ordu göndərməyəcək: “Orada onsuz da hərbi baza var, hakimiyyətin xarakteri isə dəyişməyəcək. Əgər hakimiyyətdə hansısa korreksiyalar olsa belə, Rusiya ilə xüsusi münasibətlər saxlanacaq”.
Vizual olaraq İrəvandakı hadisələr 2013-cü ilin sonunda Kiyevdə baş vermiş hadisələrə çox bənzərdir. Etirazlar kütləvi xarakter daşıyır.
Güc strukturlarının insanları su şırnaqları ilə qovmaq cəhdlərinə baxmayaraq, yerli sakinlərin böyük kütləsi mövqelərində qalmağa davam edir. Buna baxmayaraq syasi ekspertlər, Ermənistanda baş verənlərin mahiyyətcə fərqli olduğunu deyirlər.
Politoloq Yaroslav Makitra bildirib ki, polis etirazçılara qarşı əsaslandırılmamış güc tətbiq edəndə, hadisələr Maydanı xatırladır: “Amma ermənilərin hakimiyyətə qarşı ukraynalılar kimi dayana biləcəyini demək hələ tezdir”. Ekspertin fikrincə, ermənilər 2008-ci ilin fevralında baş verənləri yaxşı xatırlayırlar: “O vaxt seçkidən sonrakı etriazlarda güc strukturları tərəfindən 8 nəfər öldürülmüşdü. Amma bu hadisələr inqilaba səbəb olmadı. O vaxt Ukraynada, indi isə Ermənistanda etiraz aksiyalarında Rusiya əleyhinə şüarlar səsləndirilməsinə baxmayaraq, etirazların əhvali-ruhiyyəsi tamamilə başqadır. Ona görə də Ermənistandakı hadisələri Maydan adlandırmaq olmaz.
Bizdə Maydan əvvəlcə antirusiya xarakteri daşımırdı, o avropayönlü idi. Antirusiya dalğası Rusiyanın Krımı ilhaq etməsindən və Donbasda aqressiyaya başlamasından sonra yarandı. Ermənistanda da Rusiya şirkətlərinə qarşı etirazlar olsa da, ümumilikdə Rusiyaya qarşı etirazlar yoxdur”.
Digər ekspert, “Kiyev-Mogilyan” akademiyasının Politologiya kafedrasının professoru Aleksey Qaran deyib ki, bu etiraz mitinqlərinə baxmayaraq, Rusiya Ermənistanda vacib rol oynamaqda davam edəcək: “Antirusiya əhvali-ruhiyyəsi artacaq, amma anlamalıyıq ki, Rusiya faktiki olaraq Ermənistanın yeganə müttəfiqidir.
Hazırkı situasiyada Dağlıq Qarabağda hərbi münaqişə Ermənistanın əleyhinə başlaya bilər: “Bu isə Ermənistan müxalifətinin imkanlarını məhdudlaşdırır. Çünki belə situasiyada hakimiyyət milli təhlükəsizlik məsələlərinə istinad edə və müxalifəti xarici düşmənin xeyrinə oynamaqda günahlandıra bilər.
Bundan başqa, Ermənistanda çox ağır iqtisadi situasiyanı da nəzərə almaq lazımdır. Ermənistan Avropa Birliyi ilə assosiasiya sazişini imzalamaqdan imtina edəndə, özü-özünü təcrid etdi və cəmiyyət də bunu həzm etdi.
İndi isə Rusiya şirkətinin monopoliyasında olan elektrik enerjisinin qiymətlərinin qaldırılması hakimiyyətə qarşı narazılıqlara sövq edib. İndi bu narazılıq Avrasiya Birliyini seçən hakimiyyətə zərbə vurur”.
Ümumilikdə politloqlar Ermənistanda situasiyanı olduqca ağır hesab edirlər. Ermənistan hakimiyyəti çox ehtiyatla hərəkət edir – o, Ukraynada polislərin aqressiv davranışlarından nəticə çıxarıb.
Əgər Ermənistan siyasiləri hazırkı metodlarla etirazı yatıra bilməsələr, onda onu latent fazaya keçirəcəklər.
Ümumilikdə hadisələr gərgin olaraq qalır. Bu situasiyadan çıxmaq üçün erməni siyasiləri ertirazçılara qarşı müxtəlif təsir metodlarından yararlanmağa çalışırlar. Qaran deyir ki, hakimiyyətin situasiyaya nəzarət edə biləcəyini demək çətindir”.
Qeyd edilir ki, hadisələrin müxtəlif inkişaf variantı var: “İrəvanda etirazlara güc təzyiqinə gedilməzsə, nə ola bilər? Ekspertlər bildirir ki, etirazçıların qovulması problemi həll etməyəcək. Bir az da çətinləşdirəcək. Makitra bildirib ki, bu gələcəkdə daha böyük qarşıdurmaya səbəb ola bilər: “Situasiya dəyişilir, əvvəl iqtisadi etiraz idisə, siyasi formaya keçir və yaxın illərdə daha miqyaslı aksiyalara səbəb ola bilər”.
Politoloqlar qeyd edirlər ki, Ermənistanda hazırkı aksiyalar müəyyən bəhrəsini verib və yeni siyasi güclərin doğulmasına səbəb olub. Fesenko qeyd edir ki, Ermənistanda yeni siyasi həyat mərhələsi başlayır. Ekspertlər həm də deyirlər ki, hakimiyyət etirazçıları sövq edərsə, Ermənistanda haidəslərin neqativ inkişafı variantı istisna deyil.
Belə olan halda, kütləvi qan tökülməsi baş verə bilər.
Makitra qeyd edib ki, əgər yaxın günlərdə orada Ukraynada olduğu kimi, hansısa ekstraordinar hadisələr baş verərsə, hakimiyyət öz dayaqlarını itirə bilər: “Amma ölkədə Qarabağla bağlı situasiyaya görə, etirazçılarım çoxu radikal addımlardan çəkinir. Unutmayaq ki, Ermənistanla bağlı qaynar nöqtə var – Qarabağ. Ermənilər dəqiq anlayır ki, ölkə daxilində istənilən qığılcım həmişə Qarabağ münaqişəsinin alovlanmasına gətirib çıxarıb. Ermənistanın zəifliyindən Azərbaycan istifadə edir”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info