Britaniyalı deputat “Chatham House” direktoruna etiraz məktubu göndərib
Tarix: 07.07.2015 | Saat: 21:37:00 | E-mail | Çapa göndər


Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun katibi Bob Blekman “Dağlıq Qarabağ Respublikası”nın prezidenti Bako Saakyanın Londona gözlənilən səfərini pisləyib.
Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) mətbuat xidmətindən verilən məlumata görə, millət vəkili TEAS-ın sorğusuna cavabında “Chatham House” - Kral Beynəlxalq Münasibətlər İnstitutunda keçiriləcək tədbirdə B.Saakyanın nitq söyləmək üçün Londona dəvət olunması ilə əlaqədar institutun direktoru Robin Nibletə etiraz məktubla müraciət etdiyini deyib.
B. Blekmanın etiraz məktubunda deyilir: "Hələ ötən həftə mənə Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş kitab təqdimatında iştirak etmək nəsib oldu. Bunun fonunda separatçı Dağlıq Qarabağ rejiminin “prezidenti” Bako Saakyanın “Chatham House”da nitq söyləməsi üçün dəvət olunması xəbərini eşidəndə, şoka düşdüm. Böyük Britaniya hökuməti Dağlıq Qarabağdakı qeyri-qanuni rejimi tanımır. Bununla belə, hökumət Saakyanın Böyük Britaniyaya səfərinin qarşısını ala bilmir. Çünki bu, qeyri-rəsmi özəl səfərdir. Böyük Britaniya–Azərbaycan parlamentlərarası dostluq qrupunun katibi olaraq, “Chatham House” kimi nüfuzlu bir instituta belə bir arzuolunmaz şəxsin dəvət olunması məni kədərləndirir və bu tədbirin təxirə salınması üçün sizə müraciət edirəm".
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info