Arda Turan rəsmən “Barselona“da
Tarix: 07.07.2015 | Saat: 22:38:00 | E-mail | Çapa göndər


"Barselona" "Atletiko"nun yarımmüdafiəçisi Arda Turanın transferini rəsmiləşdirib. Klubun rəsmi saytının yaydığı məlumata görə, türkiyəli futbolçu Kataloniya təmsilçisi ilə 5 illik müqavilə imzalayıb.
"Barselona" bu transfer üçün "Atletiko"ya 34 milyon avro ödəyəcək. Lakin "Barselona" gələn mövsüm La Liqanın qalibi olarsa və Çempionlar Liqasında ən azı 1/4 finala qədər irəliləyərsə, o zaman Kataloniya təmsilçisi Arda üçün daha 7 milyon avro ödəməli olacaq. Ardanın transferi ilə bağlı danışan meneceri Əhməd Bulut bunları deyib: "Beş illik müqaviləyə imza atdıq. Təzminat 41 milyon avro olacaq. Arda çox xoşbəxtdir. Bu, hər futbolçuya nəsib olmaz. Ardanın transferi Türkiyə futbolu üçün böyük uğurdur. Onun "Barselona"ya transferi üçün ay yarım idi ki, görüşlər keçirirdim. Pul məsələsində heç bir problem olmadı. Bu həftə imza mərasimi olacaq". Qeyd edək ki, 2011-ci ildə 13 milyon avro müqabilində "Qalatasaray"dan "Atletiko"ya transfer olunan Arda Madrid təmsilçisində keçirdiyi 127 oyunda 13 qol vurub. “Barselona"ya transfer olunan Ardan Turan sabiq komandası "Atletiko" haqda danışıb. Türkiyəli futbolçu klubun rəsmi saytına açıqlamasında "Atletiko"nu heç zaman unutmayacağını bildirib: "Atletiko"da 4 əla il keçirdim. Bu klubda xüsusi anlarım oldu. Komanda yoldaşlarım, azarkeşlər, klubdakı hər kəsi heç vaxt unutmayacam. Hər kəsə təşəkkür edirəm. Bu andan etibarən "Atletiko" daim qəlbimdə yaşayacaq".




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info