“Rusiya-Çin əməkdaşlığı dünyanı dəyişir”
Tarix: 08.07.2015 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


“Yeni bir qlobal yanaşma ortaya qoyan bu ölkələr Qərb modelinə alternativ olan yeni diplomatiyanın təşviqində ortaq maraq nümayiş
etdirir”

Britaniyanın gündəlik “The Guardian” nəşrinin yazdığına görə, Rusiya və Çin- rəqib olmasına baxmayaraq, bu, onların birləşərək yeni dünyada siyasi güc mərkəzi yaratmasına mane olmur.
Doğrudur, bu ölkələr arasındakı münasibətlər ziddiyyətdən də xali deyil, bununla belə, iki ölkəni ABŞ hegemonluğuna qarşı müqavimətdə ümumi arzu birləşdirir. BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatının bu həftə Ufada kçiriləcək sammitinə toxunan nəşr Moskvanın dünyanın ən sürətlə inkişaf edən ərazilərdə aparıcı rol oynayacağını bildirir. Nəşr yazır ki, Moskva və Pekin arasında 4 min km-dən artıq sərhəd olmaqla yanaşı, onları bir araya gətirən çox ümumilikləri var. Hər iki ölkənin iqtisadiyyatında dövlət şirkətləri üştünlük təşkil edir.
“The Guardian” iddia edir ki, Kreml rəsmiləri yeni Şərq Alyansının yaradılmasını, Çin ilə hərbi blok variantında birlik yaradılmasını inkar edərək, dünya siyasətinə yeni bir qlobal yanaşmadan söhbət getdiyini bildirir. Lakin görünən budur ki, hər iki dövlətin ən ümdə arzusu Amerikanın dünyadakı təsirini məhdudlaşdırmağa hesablanıb. Karbohidrogen və ucuz istehlak malları sahəsində öz ticarətlərini artıran bu ölkələr Qərb modelinə alternativ olan yeni diplomatiyanın təşviqində ortaq maraq nümayiş etdirirlər. Nəşrə görə, son on il ərzində Rusiya ilə Çin arasında ticarətin həcmi altı dəfə artıb. Ötən il iki ölkə arasındakı ən böyük qaz müqaviləsi imzalanıb. Bu yay isə iki ölkənin hərbi gəmiləri Aralıq dənizinin şərqidə “müharibə oyunu” oynadılar. Bu ilin sentyabrın da isə iki ölkə başçısı Pekində, II Dünya müharibəsinin 70 illik yubileyinə həsr olunmuş tədbirdə çiyin-çiyinə dayanacaq. Rusiya ilə Çinin qarşılıqlı əlaqələrinin müxtəlif sahələrini- geosiyasət, ticarət, enerji, valyuta dövriyyəsi, hərbi sahədə əmkdaşlıqlarını təhlil edən nəşr iki ölkə arasındakı strateji tərəfdaşlığı zamanın diqtəsi kimi xarakterizə etsə də, bu əməkdaşlığın ABŞ və Yaponiya kimi ənənəvi hərbi ittifaqlarlardan tamamilə fərqli olduğunu qeyd edir. Və əlavə edir ki, hər iki dövlət Qərb dünyası ilə əməkdaşlıq əlaqələrinin inkişafını istisna etmir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info