ATƏT PA Azay Quliyevin müəllifi olduğu qətnaməni qəbul etdi
Tarix: 08.07.2015 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Bu gün Finlandiyanın paytaxtı Helsinkidə ATƏT PA-nın 24-cü illik yay sessiyasında ATƏT PA-nın Siyasi Məsələr və Təhlükəsizlik Komitəsinin sədr müavini, millət vəkili Azay Quliyevin müəllifi olduğu “ATƏT regionundakı dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə bağlılıq” adlı qətnamə qəbul olunub.
Trend-in məlumatına görə, 19 maddədən ibarət olan qətnamədə Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada mövcud münaqişələrdən ciddi narahatlıq və bu münaqişələrin yalnız beynəlxalq hüququn norma və prinsipləri, xüsusuilədə həmin dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin dəyişilməzliyi prinsipləri əsasında həll edilməsinin vacibliyi vurğulanır. Qətnamənin maddələrində münaqişә tәrәflәrinin BMT Tәhlükәsizlik Şurasının müvafiq qәtnamәlәrinin yerinә yetirmәlәrinin zəruriliyi, Azәrbaycan, Gürcüstan, Moldova vә Ukraynada münaqişәlәr nәticәsindә mәcburi köçkün düşmüş әhalinin evlәrinә qeyd-şərtsiz qaytarılmaları qeyd edilir.
Qətnamədə beynəlxalq humanitar hüququn və insan haqlarının ciddi şəkildə pozulmalarına qəti etiraz edilərək, dövlətlərin cəzasızlığına son qoyulması və bu pozuntuların qarşısının alınması, bu cür halların təkrar baş verməsindən yayınmaq və davamlı sülh, ədalət və barışın əldə edilməsi üçün müharibə cinayətləri, soyqırım, insanlıq əleyhinə olan cinayətlər törədən şəxslərin müəyyən edilərək mühakimə olunmaları tələbi irəli sürülür. Həmçinin qətnamədə hәr bir dövlәtin sәrhәdlәrinin, әrazi bütövlüyünün toxunulmazlığı vә әrazilәrin güc yolu ilә qәsb olunmasının qәbuledilmәzliyi bildirilir.
A.Quliyevin müəllifi olduğu qətnamənin ən əhəmiyyətli maddələrindən biri də odur ki, sənəddə xalqların öz müqəddəratının təyinetmə hüququnun dövlətlərin ərazi bütövlüyünün pozulması hesabına və ya suverenliyinin, siyasi müstəqilliyinin əleyhinə olaraq həyata keçirilməsi yolverilməz hesab edilir.
ATƏT Parlament Assamblyeası bu qətnaməni qəbul etməklə ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını açıq və bir mənalı olaraq müdafiə etmiş oldu.
Qətnamənin Helsinki Yekun Aktının qəbul olunmasının 40 illik yubileyinin təntənəli şəkildə qeyd olunduğu ATƏT PA-nın Helsinkidəki illik sessiyasında qəbul edilməsi bu sənədin siyasi önəmini daha da artırır.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info