Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib
Tarix: 08.07.2015 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Yevlax Şəhər Mədəniyyət və Turizm Şöbəsinin və onun tabeliyində olan müəssisələrin fəaliyyəti ilə bağlı nazirliyin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərlinin məruzəsi dinlənilib.
Sektor müdiri şöbənin şəbəkəsinə daxil olan müəssisələrin fəaliyyəti və yoxlama zamanı Tarix-Diyarşünaslıq Muzeyi, Mərkəzləşdirilmiş Kitabxana Sistemi, musiqi və incəsənət məktəblərinin fəaliyyətində aşkar edilən nöqsanlar barədə məlumatı kollegiya iştirakçılarının diqqətinə çatdırıb. Məruzə dinlənildikdən sonra şöbə və onun tabeliyindəki müəssisələrin rəhbər işçiləri barədə kollegiya qərar qəbul edib. Şöbənin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşdığına və nazirliyin qərarlarının icrasını təmin etmədiyinə görə Yevlax Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlqar Əhmədovun tutduğu vəzifədən azad olunması barədə təqdimat verilməsi qərara alınıb. Şöbənin məsləhətçisinə, MKS-nin, musiqi və incəsənət məktəbləri və muzeyin direktorlarına töhmət elan olunub və nöqsanların aradan qaldırılması üçün onlara 3 ay vaxt verilib. Sonra Ağdam və Cəlilabad rayon mədəniyyət və turizm şöbələri ilə bağlı məsələyə baxılıb. Nazir Ə. Qarayev hər iki rayonda aparılan yoxlamalar haqqında təqdim edilən arayışlarda şöbələrin fəaliyyəti ilə bağlı ciddi qüsurların qeyd olunduğunu bildirib.
Müzakirələrdən sonra kollegiyanın qərarı ilə Ağdam Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şahin Qasımova töhmət elan olunub. Cəlilabad Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İsa Allahverdiyevin işdə ciddi nöqsanlara, kadrların yerləşdirilməsində qanunsuz hərəkətlərə yol verdiyi qeyd edilərək tutduğu vəzifədən azad olunması barədə təqdimat verilməsi qərara alınıb.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info