Yaşar Bəşirov: “Karateçilərimiz birinci Avropa Oyunlarında uğurla çıxış edib”
Tarix: 08.07.2015 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


“Azərbaycan karateçiləri birinci Avropa Oyunlarında uğurla çıxış edərək yeni tarix yazdılar. Karateçilərimizin əldə etdikləri nailiyyət gözlədiyimizdən də yüksək oldu”. Bu sözləri dünən Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan mətbuat konfransında deyib. Bildirib ki, tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan öz qüdrətini bütün dünyaya göstərdi.
Yüksək səviyyədə təşkilatçılıq, möhtəşəm açılış və bağlanış mərasimləri, qitənin 6 mindən artıq güclü atletinin ölkəmizdə birincilik uğrunda mübarizə aparması dünyanın diqqətini məhz paytaxtımıza yönəltdi. İdmançılarımız isə uğurlu çıxışları ilə onlara göstərilən etimadı doğrultdular. İlk Avropa Oyunlarında birinci medalı komandamıza karateçi İlahə Qasımovanın qazandırdığını bildirən Y.Bəşirov millimizin 56 medalla komanda hesabında ikinci olmasını böyük uğur kimi dəyərləndirib. Qeyd edib ki, Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısı atletlərin beynəlxalq arenada ölkəmizi uğurla təmsil etməsinə təkan verir. Onlar da bu qayğını həmişə öz üzərində hiss edirlər.
Federasiya prezidenti idmançıların birinci Avropa Oyunlarına ciddi hazırlaşdıqlarını diqqətə çatdırıb. Vurğulayıb ki, karateçilərimiz həmişə Vətəndən kənarda təşkil olunan irimiqyaslı turnirlərdə uğurla çıxış edib himnimizi səsləndiriblər. Bu dəfə isə onları daha böyük məsuliyyət gözləyirdi. Karateçilərimiz doğma Vətənimizdə keçirilən birinci Avropa Oyunlarında da uğurla çıxış edərək Azərbaycan bayrağını 6 dəfə ucaltdılar. Bu uğurda azarkeşlərin dəstəyini də unutmaq olmaz.
Birinci Avropa Oyunlarının standartlarının Azərbaycanda müəyyənləşdiyini bildirən Gənclər və İdman Nazirliyinin sektor müdiri Mirkamil Rəhimov bu standartların yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, ikinci Avropa Oyunlarına ev sahibliyi etməyə bir neçə ölkə namizəddir. Ancaq birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili onları seçimlərində götür-qoy etməyə vadar edir. Ölkəmizdə bütün sahələrin, o cümlədən idmanın da inkişaf etdiyini vurğulayan sektor müdiri deyib: “Birinci Avropa Oyunlarının mükəmməl təşkili ölkəmizin qüdrətini dünyaya bir daha nümayiş etdirdi. Azərbaycanda yaradılan idman infrastrukturu və arenalar irimiqyaslı yarışların təşkili üçün ideal məkandır”.
Karate üzrə Azərbaycan milli komandasının məşqçisi Rəhman Hətəmov bildirib ki, federasiyamız birinci Avropa Oyunları ərəfəsində idmançılarımızın 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanacağını proqnozlaşdırırdı. Gərgin keçən hazırlıqlar və komanda işi nəticəsində karateçilərimiz ümidləri doğruldaraq daha yüksək uğura nail oldular. Bu, böyük uğurdur. Bizə göstərdiyi diqqət və qayğıya görə dövlətimizə təşəkkürümü bildirirəm. Karate ölkəmizdə populyar idman növüdür. 2020-ci ildə paytaxtımız 55-ci Avropa çempionatına ev sahibliyi edəcək. Yeniyetmə və gənc karateçilərimizi payızda ciddi sınaq - İndoneziyada keçiriləcək Dünya Çempionatı gözləyir. Komandalarımız mundialın hazırlığına artıq start verib. Birinci Avropa Oyunlarında fərqlənən atletlərimiz isə karatenin qeyri-Olimpiya idman növü olmasına baxmayaraq, onun dövlətimizin başçısının təşəbbüsü ilə mötəbər yarışın proqramına salındığı üçün Azərbaycan Prezidenti İlham Əliyevə öz təşəkkürlərini bildiriblər. İdmançılarımız “Bakı-2015”-in medalçıları sırasında yer aldıqları üçün xoşbəxt olduqlarını və güclü dəstəyə görə xalqımıza minnətdarlıqlarını ifadə ediblər. Xatırladaq ki, birinci Avropa Oyunlarının karate yarışlarında Firdovsi Fərzəliyev, Rafael Ağayev, Ayxan Mamayev, İrina Zaretska qızıl, İlahə Qasımova və Niyazi Əliyev bürünc medal qazanıblar.




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
143 qurumuş ağac 2000-dən çox müxtəlif cinsli tinglə əvəzlənib
12.12.2018
Daha 26 rayon üzrə 2189 arıçıya subsidiya verilməsi barədə qərar qəbul olunub
11.12.2018
Suraxanı rayonunda payız-qış mövsümünə hazırlıqla bağlı iclas keçirilib
11.12.2018
23 ədəd mobil telefonu xüsusi “ssenari” ilə keçirməyə cəhd etdilər
11.12.2018
Cocuq Mərcanlıda istirahət parkı inşa edilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10524

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info