Bolqarıstanda Naftalan nefti haqqında məqalə çap olunub
Tarix: 08.07.2015 | Saat: 01:00:00 | E-mail | Çapa göndər


Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin nüfuzlu “Standart” qəzetində Bakıda keçirilən III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, jurnalist Olia Al Ahmedin müalicəvi Naftalan nefti haqqında məqaləsi dərc edilib. “Psoriaz və sonsuzluğun neftlə müalicəsi” adlı məqalədə Azərbaycanın ən qiymətli təbii sərvətlərindən biri olan Naftalan neftinin tarixi və müalicəvi xüsusiyyətləri barədə ətraflı məlumat verilib. Müəllif möcüzəli Naftalan neftinin bioloji təsir xüsusiyyətlərinə görə öz orijinallığı ilə seçildiyini və dünyada bənzəri olmadığını bildirib, həmçinin yazılı mənbələrdə Naftalan haqqında məlumatlara dahi Azərbaycan şairi Nizami Gəncəvinin, məşhur səyyah Marko Polonun əsərlərində rast gəlindiyini, habelə ilk Naftalan quyularının alman mühəndisi Eqer tərəfindən qazıldığını diqqətə çatdırıb. O, eyni zamanda, indiyədək Naftalanla bağlı 1600-dən artıq elmi işin, çoxlu sayda monoqrafiyanın, o cümlədən 270-ə yaxın namizədlik və doktorluq işinin yazıldığını qeyd edərək bildirib ki, hazırda Naftalan nefti bir sıra xəstəliklərin müalicəsində həkimlər tərəfindən uğurla tətbiq olunur.
Naftalan kurortunun 1873-cü ildə fəaliyyətə başladığını yazan müəllif burada sovetlər dövründə 70 minə qədər insanın şəfa tapdığını və hazırda Naftalan məlhəminin 70 cür xəstəliyin müalicəsində istifadə olunduğunu vurğulayıb. Məqalədə, həmçinin öz müasirliyi və yüksək xidmətləri ilə fərqlənən “Çinar Hotel və SPA Naftalan” kompleksi barədə danışılır, Azərbaycan Prezidenti İlham Əliyevin bu kompleksin yenidənqurmadan sonra açılışında şəxsən iştirak etməsindən bəhs olunur. Həmçinin Naftalan nefti ilə müalicənin üsulları barədə ətraflı məlumat verilir.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info