Silahlı Qüvvələr üçün 1440 sürücü hazırlanıb
Tarix: 08.07.2015 | Saat: 01:03:00 | E-mail | Çapa göndər


“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-də hesabat müşavirəsi keçirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, müşavirədə çıxış edən Cəmiyyətin sədri Şahvələd Əliyev cari ilin birinci yarımilinin MMC-nin maddi-texniki bazasının möhkəmləndirilməsi, hüquqmüəyyənedici sənədlərin təkmilləşdirilməsi, normal iş mühitinin yaradılması, tədbirlərin təşkili və keçirilməsi baxımından uğurlu olduğunu söyləyib.
Müşavirədə xüsusi hərbi və texniki ixtisaslar üzrə mütəxəssislərin hazırlığına toxunan Şahvələd Əliyev qeyd edib ki, 2015-ci ilin birinci tədris mərhələsi üzrə Silahlı Qüvvələr və ölkə qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün 1440 sürücü, I və II tədris mərhələsi üzrə 187 aşpaz, 144 rabitəçi və 73 paraşütçü mütəxəssis hazırlanıb. Bundan əlavə, 130 həvəskar paraşütçü, habelə təsərrüfat hesablı hazırlıq planına uyğun olaraq 14865 sürücü-mütəxəssis hazırlanıb ki, bu da illik planın 42,9 faizini təşkil edir. Snayper xüsusi hərbi ixtisası üzrə mütəxəssislərin hazırlığı barədə məlumat verən Cəmiyyətin sədri 2015-ci ilin I tədris mərhələsi üzrə sifarişə uyğun olaraq, Silahlı Qüvvələr üçün müvafiq sayda snayperçinin hazırlandığını diqqətə çatdırıb. Bu ixtisas üzrə hazırlıq keçən çağırışçıların praktiki vərdişlərinə xüsusi önəm verildiyi, bu məqsədlə tədris proqramına uyğun olaraq tədris müddətində müdavimlərlə mütəmadi olaraq interaktiv və atıcılıq tirlərində, o cümlədən poliqonda SVD snayper tüfəngi və AK-74 silahlarından praktiki atışların gerçəkləşdirildiyi bildirilib. Həmçinin təlimlərdə istismar edilməsi məqsədilə əlavə olaraq iki ədəd yeni “Hyundai Accent” markalı minik avtomobilinin alınması barədə məlumat verilib. Daha sonra məruzələr dinlənilib, qarşıya çıxan problemlərin yaranma səbəbləri, həlli yolları müzakirə edilib, tapşırıq və tövsiyələr verilib. Müşavirədə Cəmiyyətin filial direktorları, direktor müavinləri və mühasiblər iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info