“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) Bakı-Krasnoyarsk-Bakı istiqamətində uçuşlara xüsusi aksiya elan edir. QSC-nin mətbuat xidmətindən bildiriblər ki, Bakı-Krasnoyarsk istiqamətində aviabiletin qiyməti 170 avrodur. Uçuş və biletlərin satış tarixləri 2015-ci il avqust ayının 7-ə qədərdir. Aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir, bu siniflər üzrə mile-ballar hesaba əlavə olunmur, yerlər məhdud ola bilər. Ölkədə maksimal qalma müddəti bir ay, yığımlar və rüsumlar biletə daxildir. Daha ətraflı məlumat almaq və aviabiletlərin bronlaşdırıması üçün çağırış mərkəzinə və ya “Azərbaycan Hava Yolları” QSC satış ofislərinə müraciət etmək olar
|