Bakı-Şamaxı-Yevlax avtomobil yolunda genişləndirilmə işləri davam etdirilir
Tarix: 08.07.2015 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 15-91-ci kilometrlik hissəsinin 4 zolağa genişləndirilməsi üçün əlavə 2 zolağın tikintisi işləri davam etdirilir.
Yolun 15-45-ci kilometrlik hissəsində 2 zolaqlı mövcud yola paralel yeni yolun tikintisi işlərinin təqribən 65 faizi, asfalt-beton örtüyünün döşənməsi işlərinin isə 96 faizi icra olunub. Layihəyə əsasən sözügedən ərazidə 1 yerüstü piyada keçidi, 3 ədəd alt keçidi inşa olunur. Bundan başqa 6 ədəd düzbucaqlı və 32 ədəd dairəvi su ötürücüsü isə artıq tikilib.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Bakı-Şamaxı hissəsinin 45-67-ci kilometrliyində də 2 zolaqlı mövcud yola paralel yeni yolun tikintisi işləri tərtib olunmuş qrafikə uyğun davam etdirilir. İndiyədək ərazidə ümumi qazma işlərinin 94 faizi, torpaq işlərinin 93 faizi icra edilib. Layihəyə əsasən 1-ci dərəcəli texniki yol üzərində 1 körpü, 1 yol qovşağı, 1 yerüstü piyada, 2 ədəd alt keçidi inşa olunur. Bundan əlavə 10 ədəd düzbucaqlı və 32 ədəd dairəvi su ötürücüsü tikilib. Hazırda yolun hərəkət hissəsinin asfalt-beton örtüyünün üst qatının döşənməsi işləri həyata keçirilir. Artıq ümumi asfaltlanma işlərinin 30 faizi görülüb.
Yolun 67-91-ci kilometrlik hissəsində də tikinti işləri sürətlə davam etdirilir. Yolun bu hissəsində 1 körpü, 3 yol qovşağı, 5 yerüstü piyada keçidi və 2 ədəd alt keçidi inşa edilir. Hazırda yolun ayrı-ayrı hissələrində asfalt-beton örtüyünün döşənməsi işləri görülür.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 15-91-ci kilometrlik hissəsində artıq kommunikasiya xətlərinin köçürülməsi işləri tam olaraq başa çatdırılıb. Bundan başqa yolun genişləndirilməsi işləri çərçivəsində zəruri yerlərdə işıqlandırma sistemləri qurulacaq, sərnişinlərin rahatlığı üçün avtobus dayanacaqları tikiləcək.
Qeyd edək ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Bakı-Şamaxı hissəsi istifadəyə verilərkən yol 4 hərəkət zolaqlı olacaq. Beynəlxalq standartlara cavab verəcək yeni yolda nəqliyyatın rahat hərəkəti tam təmin olunacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir
15.11.2018
Fransada keçirilən Forumda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb
15.11.2018
Dünya azərbaycanlılarının vahid mərkəzdən milli maraqlarımıza xidmət göstərməsi bəzi qüvvələrə sərf etmir
15.11.2018
Əli Əhmədov: “Bundan sonra da kiçik və orta sahibkarlığın inkişafı üçün geniş imkanlar olacaq“
15.11.2018
“Bakutel-2018” sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info