BANM-in tələbələri Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsalat təcrübəsinə başladılar
Tarix: 08.07.2015 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya mühəndisliyi” ixtisası üzrə II və III kurs tələbələri yay istehsalat təcrübəsi müddətində Heydər Əliyev adına Neft Emalı Zavodunda olacaqlar. Belə ki, bu zavodda BANM-in 53 nəfər tələbəsi istehsalat təcrübəsi keçəcək, onlardan 25 nəfər III kurs tələbəsi isə, 2 ay müddətində ödənişli əsaslarla sözügedən müəssisədə təcrübə keçəcək. Bununla bağlı keçirilən tədbirdə rektor Elmar Qasımovun rəhbərlik etdiyi heyətlə birgə BANM-in tələbələri də iştirak ediblər. Öncə ümummilli lider Heydər Əliyevin zavodun həyətindəki büstü önünə gül dəstələri düzülüb.
Tədbirdə Heydər Əliyev adına Neft Emalı Zavodunun tarixindən bəhs edən qısa film nümayiş olunub. Giriş sözü ilə çıxış edən zavodun baş direktoru Elman İsmayılov Bakı Ali Neft Məktəbinin rəhbərliyini və tələbələrini görməkdən məmnun olduğunu bildirib. Elman İsmayılov bu təcrübənin gələcəkdə peşəkar mühəndis kadrlar kimi yetişməkdə tələbələr üçün böyük rolu olacağını bildirib. O, neftçi peşəsinin vacibliyindən danışaraq bu peşənin şərəfli bir sahə olduğunu deyib. Elman İsmayılov BANM –in tələbələrinin gələcəkdə yüksək ixtisaslı peşəkar kadrlar kimi zavodun fəaliyyətinə cəlb olunacaqlarına əminliyini ifadə edib. O, təcrübə müddətində tələbələrə uğurlar arzulayıb.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycanın yanacaq istehsalı sektorunda ən iri və qabaqcıl müəssisə olan Heydər Əliyev adına Neft Emalı Zavodunun Azərbaycan sənayesinin tarixində böyük rolu olduğunu deyib. O, ulu öndər Heydər Əliyevin bu zavodun quruculuq işlərində əvəzsiz xidmətlərini xatırladıb. Eyni zamanda, bu zavodun SOCAR üçün əhəmiyyətli bir müəssisə olduğunu bildirib. Elmar Qasımov deyib ki, tələbələr əldə etdikləri nəzəri bilikləri burada təcrübədə tətbiq edə biləcəklər. O, tələbələrin bu zavodda təcrübə zamanı öyrəndikləri biliklərin gələcəkdə onların yüksək səviyyəli mütəxəssis kimi formalaşmasına böyük təkan verəcəyini vurğulayıb. Rektor yaradılan şəraitə görə SOCAR rəhbərliyinə, o cümlədən zavodun rəhbərliyinə təşəkkür edib və tələbələrə təcrübə müddətində məsuliyyətli olmağı tövsiyə edərək onlara uğurlar arzulayıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info