Naxçıvanda həkim və tibb işçilərinə ixtisas dərəcələri veriləcək
Tarix: 08.07.2015 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələrində çalışan həkim və orta tibb işçilərinə bu ildən ixtisas dərəcələrinin verilməsinə başlanılacaq. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində ixtisas komissiyası yaradılıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, büdcədən maliyyələşdirilən səhiyyə müəssisələrində tibbi xidmət sahəsində yüksək iş təcrübəsi ilə fərqlənən həkim və orta tibb heyəti vəzifələrində çalışan səhiyyə işçilərinə ixtisas dərəcələrinin verilməsi qaydaları müəyyən edilib.
Qaydalara görə, tibbi xidmət sahələrində yüksək iş təcrübəsi, peşəkarlıq səviyyəsi ilə fərqlənən tibb işçilərinə ali, birinci və ikinci ixtisas dərəcəsi verilir. Tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyasının nəticələrinə uyğun olaraq müəyyən edilir.
İxtisas dərəcələrinin verilməsinə qoyulan tələblərə əsasən, səhiyyə müəssisələrində çalışan və ixtisası üzrə əmək stajı beş ildən az olmayan ali və orta təhsilli tibb işçiləri ardıcıllıqla (ikinci, birinci, ali) ixtisas dərəcəsini almaq hüququna malikdirlər.
İxtisas komissiyasının üzvləri tərəfindən praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün sertifikasiyadan keçən tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi məqsədilə, səhiyyə mütəxəssisinin beş il ərzində ixtisası üzrə fəaliyyəti barədə hesabatı ilə tanış olaraq, onların ixtisasına aid praktik bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən suallar verilir. Tibb işçilərinə ixtisas dərəcələrinin verilməsi barədə ixtisas komissiyası tərəfindən rəy hazırlanarkən onların mövcud ixtisas dərəcəsinin təsdiq və ya dəyişdirilməsi barədə nazirlik qarşısında vəsatət qaldırılır.
İxtisas komissiyası tərəfindən namizədin tibb üzrə fəlsəfə doktoru və ya tibb elmləri doktoru elmi dərəcəsinin olması, rezidenturanı bitirməsi, elmi məqalələrin dərc edilməsi nəzərə alınır.
Komissiyanın rəyi müvafiq formada hazırlanır və komissiyanın sədri, katibi, üzvləri tərəfindən imzalanır, təsdiq üçün nazirliyə təqdim olunur. Nazirliyin əmri ilə bir həftə ərzində tibb işçisinə müvafiq formada ixtisas dərəcəsi barədə beş il müddətinə şəhadətnamə verilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info