Melik Yevdayev “Bakı-2015”dən yazıb
Tarix: 08.07.2015 | Saat: 19:20:00 | E-mail | Çapa göndər


“Azərbaycanda yenicə başa çatmış birinci Avropa Oyunları bir azərbaycanlı və bir yəhudi kimi mənim üçün qürur mənbəyidir. Bu barədə Dağ Yəhudiləri İcmasının rəhbəri Melik Yevdayevin “Jewish Journal”da dərc olunmuş məqaləsində deyilir.
O qeyd edib ki, iki həftədən çox müddətdə dünya Azərbaycanın necə qonaqpərvər və tolerant ölkə olduğuna şahidlik etdi: “Biz dünyaya qucaq açdıq. Azərbaycanlı yəhudi kimi mən Azərbaycan və İsrail idmançılarının medal qazanmasından, onların təltif edilməsi mərasimlərindən böyük qürur hissi keçirdim. Həmçinin, Azərbaycan vətəndaşı kimi, belə bir möhtəşəm hadisəyə dünyəvi müsəlman ölkəsinin ev sahibliyi etməsindən xüsusi qürur duydum”.
M.Yevdayev vurğulayıb ki, İsrail 142 nəfərlik nümayəndə ilə Avropa Oyunlarına qatılıb: “68 minlik yeni Olimpiya Stadionunda Oyunların rəsmi açılışı zamanı İsrail yığması keçid edərkən çox güclü alqışlandı və bunu bütün dünyanın görməsi olduqca vacib idi. Bu alqışlar yalnız yəhudilər tərəfindən deyildi, İsrail komandasını hər kəs alqışladı”.
O, İsrail nümayəndə heyətinin Bakıdakı yəhudi sinaqoqlarında olduqlarını qeyd edib: “Mən əminəm ki, Avropa Oyunları Azərbaycanın bəşəri sülhə, dostluq və tolerantlığa sadiqliyinin güclü simvolu kimi hər zaman xatırlanacaq” - Yevdayev qeyd edib.


Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info