“Chatham House”a etiraz
Tarix: 08.07.2015 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


Avropa Azərbaycan Cəmiyyəti “Chatham House”a açıq məktub göndərib.
Cəmiyyətdən verilən məlumatda bildirilir ki, məktubda Bako Saakyanın “Chatham House” İnstitutu tərəfindən rəsmi olaraq Böyük Britaniyaya görüşə dəvət olunması qərarının Azərbaycana qarşı ədalətli münasibət olmadığı qeyd olunur.
Bildirilir ki, bu hadisənin Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ müharibəsi zamanı 20 000 nəfərə qədər ailəsini və dostunu itirmiş və bu insanın ucbatından hələ də yerindən-yurdundan didərgin düşmüş minlərlə azərbaycanlı məcburi köçkünün sonsuz kədərinə səbəb olmasını, şübhəsiz, təsəvvür edə bilərsiniz: "Sizin bu insanı “Chatham House” a dəvət etməniz keçən 23 il ərzində kifayət qədər əzab çəkmiş insanların üzünə təhqiredici şillə kimi qəbul olunur. Xüsusilə də, Ermənistandakı cari vəziyyəti nəzərə alsanız, bunun regionda sülh və demokratiyaya olan ümidlərə bir zərbə olduğuna əmin ola bilərsiniz".
Məktubda vurğulanır ki, Siz çox yaxşı bilirsiniz ki, Bako Saaakyan dünyada heç bir ölkə tərəfindən tanınmayan qondarma rejimin təmsilçisidir: "O, BMT, Avropa Şurası, NATO və bir çox digər təşkilatların Azərbaycan torpaqlarının işğalını dayandırmağı və hər şeyindən məhrum olmuş sakinlərin öz yurdlarına qayıtmasını tələb edən qətnamələrini təkzib edən silahlı qüvvələri təmsil edir. O, heç bir beynəlxalq hökumət tərəfindən tanınmayan qondarma seçkilər əsasında vəzifə tutmaq iddiasındadır və məhz o, öz ailələrinin qəbirlərini ziyarət etməyə gedərkən (həmin vaxt onların dostu da öldürüldü) girov götürülmüş iki azərbaycanlının saxlanmasında məsuliyyət daşıyır. Bako Saakyan da, şübhəsiz, Gürcüstandakı və bu gün Ukraynada Donbas və Luqanskda günün mövzusu olan separatçılarla eyni rolu oynayır və eyni xidməti göstərir. Bunun da çətin ki, sözügedən regionlarda stabilliyə faydası olsun.
TEAS sizdən xahiş etdi ki, ən azından bu keçmiş KQB rəhbərinin qatıldığı görüşdə iştirak edərək, onun mövqeyinə dair həqiqəti çatdırmaq üçün bizə də icazə verəsiniz. Beynəlxalq Məsələlərə dair Kral İnstitutuna uzun müddət üzv olmağımıza baxmayaraq, siz zorakı qüvvələr siyasəti üzrə təcrübəli mütəxəssislə bir arada olmağı üstün tutaraq, bizim iştirakımızı qəbul etməyi rədd etdiniz. Sizlər szə olan etimadı itirdiniz; siz müstəqil siyasət institutu statusunuzla qürrələnməkdən utanmalısınız".
Məktub müəllifləri qeyd edir ki, buna görə də biz zorakı qüvvələr siyasətinə qarşı olan insanlara müraciət edirik ki, bu gün “Chatham House”un qarşısında keçirəcəyimiz etiraz aksiyasında bizə qoşulsunlar.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Rusiyanın köməyinə ümid bəsləyir
18.01.2019
Şimali Kiprin dövlət televiziyasında 20 Yanvar hadisələrindən danışılıb
18.01.2019
Avropa Parlamentində təcili “qətnamə”nin qəbulu anti-Azərbaycan mərkəzlərin yazdığı siyasi ssenaridir
18.01.2019
Bu cür ikili standartlar Avropa Parlamenti daxilindəki qüvvələrin növbəti anti-Azərbaycan cəhdidir
18.01.2019
İstanbulda Qanlı Yanvar faciəsinin ildönümü qeyd edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info