Alternativ və bərpa olunan enerji mənbələri üzrə inkişaf xəritəsi hazırlanıb
Tarix: 08.07.2015 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlovun rəhbərliyi ilə nümayəndə heyəti Gürcüstanda səfərdə olub. Səfər çərçivəsində Dövlət Agentliyinin sədri Akim Bədəlov Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Azər Hüseynlə birgə Gürcüstanın Baş nazirinin müavini - İqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili və Baş nazirinin müavini - energetika naziri Kaxa Kaladze ilə səmərəli görüşlər keçirib.
Görüşdə Akim Bədəlov Azərbaycan ilə Gürcüstan arasında hərtərəfli inkişaf edən əməkdaşlığa toxunaraq demişdir ki: “Ulu öndər Heydər Əliyevin müdrik siyasətinə söykənən iki ölkə arasındakı münasibətlər hər bir sahədə olduğu kimi enerji sahəsində də yüksələn xətlə inkişaf edir. Alternativ və bərpa olunan enerji mənbələri sahəsindəki əməkdaşlığın da Prezident İlham Əliyevin birbaşa diqqət mərkəzində olduğunu vurğulayaraq, bu sahənin müasir dövrdə həm regional, həm də qlobal əhəmiyyətini qeyd edib. O, son illər alternativ və bərpa olunan enerji mənbələri ilə bağlı dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verərək bu sahədə görülən işlərə diqqət çəkib. Agentliyin sədri 2020-ci ilədək Azərbaycanın alternativ və bərpa olunan enerji mənbələri üzrə inkişaf xəritəsinin hazırlandığını və bu çərçivədə Samux rayonunda müasir aqroenerji yaşayış kompleksinin inşa olunduğunu nəzərə çatdırıb”. Akim Bədəlov hər iki ölkənin alternativ və bərpa olunan enerji mənbələri sahəsində mövcud potensialına diqqət çəkərək bildirib ki, “Ölkələrimiz böyük hidroenerji resurslarına malikdir. Lakin gələcəkdə su mənbələrindən bu məqsədlə geniş istifadə olunması, hidroenerji qurğularının quraşdırılması çayların fauna və florasına öz təsirini göstərəcək. Bu da ekoloji problemlərin yaranması ilə nəticənə bilər. Su ehtiyatlarından daha da səmərəli şəkildə istifadə olunması məqsədəuyğundur. Həm iqtisadi həm də ekoloji baxımından, kənd təsərrüfatının, balıqçılıq təsərrüfatının inkişafı, turizm sahələrinin genişləndirilməsi daha çox səmərə verər. Coğrafi mövqeyimiz, günəş, külək resurslarından geniş istifadəyə imkan verir. Bu resurslardan, o cümlədən biokütlə və geoterminal enerji mənbələrindən geniş və səmərəli istifadə eyni zamanda ətraf mühitin qorunması üçün də olduqca əhəmiyyətlidir”.
Azərbaycanda son illər görülən işlər Gürcüstan tərəfinin geniş marağına səbəb olub və bu sahədə onlar qazanılan təcrübədən yararlanacaqlarını və ölkələrində günəş enerjisinin fərdi yaşayış evlərində tətbiqində, külək, biokütlə və geotermal elektrik stansiyalarının yaradılmasında və bu yolla enerji mənbələrinin diversifikasiya olunmasında maraqlı olduqlarını bildiriblər. Onlar “1 ev - 1 stansiya”, hibrid tipli elektrik stansiyaları və aqroenerji yaşayış kompleksi layihələrinə xüsusi maraq göstəriblər. Tərəflər sözügedən sahələrdə konkret işlərin başlanılması məqsədilə aidiyyəti üzrə işçi qruplarının yaradılmasının vacibliyini vurğulayıb. Görüşün sonunda hər iki nazirliklə Dövlət Agentliyi arasında müvafiq İşçi qruplarının yaradılması qərara alınıb, alternativ və bərpa olunan enerji mənbələri sahəsində perspektivlər müəyyənləşdirilərək gələcəkdə belə görüşlərin intensiv keçirilməsi və təcrübə mübadiləsinin aparılması üçün razılıq əldə olunub.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info