General: “Müddətli hərbi qulluqçuların ehtiyata buraxılmaması yalandır”
Tarix: 08.07.2015 | Saat: 19:49:00 | E-mail | Çapa göndər


“Həqiqi hərbi xidmət müddətini başa vurmuş müddətli hərbi qulluqçuların saxlanaraq ehtiyata buraxılmaması haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir”.
Bunu bu gün jurnalistlərə açıqlamasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəis müavini, general-mayor Novruzəli Orucov deyib.
SHXÇDX-nin rəis müavini qeyd edib ki, iyulun 1-dən başlayaraq ayrı-ayrı hərbi hissələrdə hərbi qulluqçuların ehtiyata buraxılmasına başlanılıb: "Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyevin imzaladığı sərəncama əsasən, iyulun 1-dən 30-dək həm hərbi xidmətə çağırış, həm də ehtiyata buraxılma prosesi həyata keçirilir".
N.Orucov həmçinin bildirib ki, gənclərin orduya marağı çox böyükdür: “Orduya çağırışdan yayınma halları demək olar ki, yoxdur. Ölkəmizdə keçirilən ilk Avropa Oyunlarından sonra gənclərimiz Vətənin xidmətində durmaq üçün daha da həvəsləniblər”.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info