“Monteneqroya elə-belə gəlməmişik”
Tarix: 08.07.2015 | Saat: 22:36:00 | E-mail | Çapa göndər


“Asan oyun olmur. Amma, mərhələni məhz "Neftçi"nin adlayacağına inanıram”. Bu sözləri UEFA Avropa Liqasının ilk təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Mladost” - “Neftçi” matçı öncəsi “ağ-qaralar”ın futbolçusu Ruslan Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib.
Rəqibin müdafiədən oynayacağını gözlədiklərini bildirən yarımmüdafiəçi mərhələ adlamaq şanslarının olduğunu bildirib: “Biz Monteneqroya elə-belə gəlməmişik. “Mladost” yəqin ki, müdafiədən oynayacaq. Çunki nəticəni düşünəcəklər. Əgər ilk 15 dəqiqə ərzində qol vura bilsək, bu əla olacaq, amma tələsməməliyik. İstənilən halda imkanlarımız olacaq. Səbrlə oynayıb imkanlarımızdan yararlanmağa çalışmalıyıq. Düşünürəm ki, bizim mərhələ adlamaq şansımız daha çoxdur”. Qeyd edək ki, Avropa Liqası yarışlarının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Mladost” (Monteneqro) - “Neftçi” (Bakı) oyununun başlanma saatı dəyişdirilib. Görüş əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə saat 20:00-da deyil, 23:30-da başlanacaq. İyulun 9-da Podqoritsa şəhər stadionunda keçiriləcək matçı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Kevin Klensi, onun köməkçiləri Alastair Mazer və Stüart Yan Makmillan olacaqlar. Dördüncü hakim funksiyasını Brayan Kolvin yerinə yetirəcək. Oyunun UEFA nümayəndəsi Jan Luis Pette (Fransa), hakim-inspektoru isə Marian Ruzbarskidir (Slovakiya). Qeyd edək ki, komandalar arasında Bakıda təşkil olunan ilk oyun 2:2 hesabı ilə başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Makqreqor Nurmaqomedovu qorxaq adlandırıb
21.09.2018
Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq
21.09.2018
UEFA Avropa Liqası: “Sportinq“ - “Qarabağ“ 2-0
20.09.2018
FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb
20.09.2018
Ukrayna cüdoçusu Daria Bilodid “Bakı-2018“in ilk qalibi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info