Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda ilin növbəti Elmi Şurası
Tarix: 08.07.2015 | Saat: 22:50:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun (ARTPİ) Elmi Şurasının ilin növbəti iclası keçirilib. ARTPİ-nin direktoru Qulu Novruzov tədbiri giriş sözü ilə açaraq Azərbaycanın son ayda qazandığı ən böyük uğurlarından biri olan “Bakı-2015” Birinci Avropa Oyunlarının əhəmiyyətindən geniş danışdı.
O, bu oyunlar zamanı Prezident İlham Əliyevin və Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətlərini yüksək dəyələndirərək vətənimizin dünyaca nüfuz adının daha da yüksəlməsindən söhbət açdı. Nəinki idmana, hətta daim təhsilimizə göstərilən dövlət qayğısından, təhsilimizin inkişafı istiqamətində imzalanmış olan fərman və sərəncamlardan bəhs edib. Sonra isə ARTPİ-nin direktor müavinləri Ənvər Abbasovun, Rəfiq Qəndilovun, peşə ixtisas təhsili şöbəsinin müdiri Rəsul Əsgərovun elmi şöbələrinin yarımillik hesabatları, yarımildə görülən işlər və təşkil edilmiş tədbirlər barədə məruzələri dinlənildi. İclasın gedişatında 2014-cü ildə elmlər doktoru və fəlsəfə doktoru proqramları üzrə doktoranturaya və dissertanturaya qəbul olunmuşların dissertasiya mövzularının müzakirəsi və təsdiqi, xarici ölkə vətəndaşlarının dissertantura və doktoranturada təhsilalma formalarında və dissertantura və doktorantura yolu ilə təhsil alanların illik təhsil haqlarında dəyişikliklər barədə institutun elmi katibi Akif Abbasov və elmi pedaqoji kadr hazırlığı şöbəsinin müdiri Hümeyir Əhmədov məlumat verdi. Pedaqogika üzrə elmlər doktoru proqramı üzrə dissertasiyaların müdafiəyə təqdim edilməsi ilə bağlı da müzakirələr aparıldı. Sonra institutun gənc əməkdaşlarından Yeni Azərbaycan Partiyasının sıralarına daxil olan yeni üzvlərinə institut rəhbəri Qulu Novruzov tərəfindən vəsiqələri təqdim olundu. Bu işdə onlara daim uğurlar arzulayaraq təbriklərini çatdırdı. İnstitutun iki əməkdaşının Prezident yanında Ali Attestasiya komissiyası tərəfindən elmlər doktoru diplomunu qazandıqları üçün təbrik etdi. ARTPİ-nin əməkdaşları Akif Əliyev pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsi, Elxan Bəylərov psixologiya üzrə elmlər doktoru elmi dərəcəsi adına layiq görüldükləri üçün institutut rəhbərliyi və əməkdaşları tərəfindən alqışlandılar.




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info