“Azərbaycan Dövlət Aqrar Universitetinin professorları”
Tarix: 09.07.2015 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) universitetin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərovun “Azərbaycan Dövlət Aqrar Universitetinin professorları” adlı kitabının təqdimatı keçirilib.
Şəhər ictimaiyyəti nümayəndələrinin, müəllim və tələbələrin, eləcə də vaxtilə universitetdə çalışmış professorların ailə üzvlərinin iştirakı ilə keçirilən təqdimat mərasimində AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyev çıxış edərək, 85 illik tarixi olan və bu müddət ərzində aqrar sektor üçün on minlərlə kadr hazırlayan bu ali təhsil ocağında fəaliyyət göstərən elm adamları, görkəmli pedaqoqlar haqqında yazılan kitabın əhəmiyyətindən danışıb.
Diqqətə çatdırılıb ki, kitabda 1929-cu ildən indiyədək bu ali təhsil ocağında işləmiş, SSRİ və Azərbaycan Respublikası Elmlər Akademiyasının akademikləri, müxbir üzvləri, professorlar və elmlər doktorları - Həsən Əliyev, Validə Tutayuq, İmam Mustafayev, Yusif Məmmədəliyev, Əhməd Cavad, Firuz Məlikov, Məmmədtağı Cəfərov və başqalarının göstərdikləri xidmətlər haqqında geniş məlumat verilib. Təqdimat mərasimində o da vurğulanıb ki, kitabda vaxtilə universitetdə çalışmış professorların həyat və fəaliyyəti ilə yanaşı, təhsil ocağı haqqında da ətraflı məlumat var. Sonda kitabda yer alan görkəmli professorların ailə üzvləri çıxış edərək, müəllifə minnətdarlıqlarını bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
21.01.2019
“AtaSığorta”: “Sığorta yığımları 8,7 milyon manat artıb”
21.01.2019
Ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb
5 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info