“Rusiya Çinlə səylərini birləşdirsə, bütün çətinlikləri aşacaq”
Tarix: 09.07.2015 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


“Rusiya Çinlə səylərini birləşdirsə, bütün tapşırıqları həll edəcək, çətinlikləri aşacaq”. Bu fikirləri Rusiya prezidenti Putin Çin Xalq Respublikasının sədri Si Çzinpinlə BRİKS sammiti çərçivəsində görüşündə deyib.
Putin hesab edir ki, Rusiya səylərini Çinlə birləşdirsə, bütün çətinliklərin öhdəsindən gələcək: “Biz çox gözəl şəkildə iqtisadiyyatda, beynəlxalq münasibətlərdə qarşılaşdığımız çətinliklər barəsində özümüzə hesabat veririk, amma səylərimizi birləşdirsək, qarşımızda duran problemləri qəti şəkildə həll edərik, tapşırıqların öhdəsindən gələrik”.
Rusiya lideri qeyd edib ki,Çin nümayəndələrini Rusiyanın gözəl şəhərlərindən biri olan Ufada salamlamaqdan çox məmnundur. O, öz müsahibinə Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS sammitlərində iştirakına görə təşəkkür edib və ümid etdiyini bildirib ki, Rusiyanın bu guşəsi qonaqların xoşuna gələcək.
Putin qeyd edib ki, Başqırdıstan Respublikasının rəhbərliyi və yerli sakinlər qarşıdakı tədbirə hazırlaşmaq üçün çox şey ediblər. Putin qeyd edib ki, Rusiya torpaqlarında Çindən gələn dostlarını qəbul etmək onu xüsusilə sevindirir. Putin onu da ifadə edib ki, Çinlə Rusiya genişmiqyaslı humanitar və siyasi əlaqələrə malikdirlər.
Qeyd edilir ki, Putinlə Çin liderinin görüşü BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində keçiriləcək sammitlər çərçivəsində ikitərəfli görüşlər “marafon”undan birincisidir. Prezidentin köməkçisi Yuri Uşakovun jurnalistlərə əvvəlcədən məlumat verdiyi kimi, Rusiya dövləti rəhbərliyinin sammit tədbirlərindən başqa, ümumilikdə 11 ikitərəfli və bir üçtərəfli görüş keçirmək planı var.
İlkin




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info