Yunanıstanla bağlı son qərar iyulun 12-də veriləcək
Tarix: 09.07.2015 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


“The Washinghton Times”: “Afina avropalı kreditorlarla razılığa gəlməsə, Yunanıstan Moskvaya üz tutacaq”
Avropa Komissiyası Yunanıstanın avrozonadan çıxarlması barədə fəaliyyətə başlayıb. Rusiyanın TASS xəbər agentliyinin məlumatına görə, bu barədə açıqlamanı Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker avro bölgəsi ölkələrinin sammitində bəyan edib.
Bununla yanaşı o etiraf edib ki, bu addımı atmaq istəmirlər: “Mən bunları istəməzdim, lakin başa düşülməlidir ki, əgər, Yunanıstan lazm olanları yerinə yetirmirsə, biz baş verənlərin qarşısını da ala bilmərik”. Yunanıstanda keçirilən referendumun nəticələrinin ölkəni öhdəliklərindən azad etmədiyini bildirən Fransa prezidenti Fransua Olland vurğulayıb ki, Yunanıstanın avro zonasından çıxması vahid valyuta bölgəsinə mənfi təsir edəcək: “Bizim Yunanıstan tərəfindən gözləntimiz öhdəliklərinə məsuliyyətli münasibətdir. Yunanıstanın avrozonada qalması üçün hər cür səy göstərilməlidir. Əgər, onlar birlikdə qalmaq istəyirlərsə, müvafiq olaraq ciddi təkliflərlə çıxış etməlidir”. Sammit iştirakçıları Yunanıstanın üzərinə iyulun 9-da yeni islahat proqramı təqdim etmək öhdəliyi qoyub. Afinanın təqdim edəcəyi proqram Avropa İttifaqına üzv dövlətlərin hər birində müzakirə ediləcək.

Avropa Komissiyası Yunanıstanın
avrozonadan çıxması ssenarisini nəzərdən keçirir


Qeyd edək ki, sammitin yekun sənədində avro bölgəsində maliyyə sabitliyinin təmin edilməsi, Avropa normaları ilə Yunanıstanın kreditorlarının tələbləri arasında kompromis yol tapmaq kimi məsələlər yer alıb. Yunanıstanın öhdəlik müqaviləsi əsasında yenidən yardım istəməsi ilə bağlı məsələ də yekun sənəddə yer alıb. Nəhayət, yekun sənəddə qeyd edilib ki, Yunanıstanla bağlı son qərar Avropa İttifaqının iyulun 12-də Brüsseldə keçiriləcək sammitində veriləcək. Qeyd edilməlidir ki, Avropada Yunanıstanla əlaqədar yaşananlar ABŞ-da da birmənalı qarşılanmır. Amerikanın “The Washinghton Times” nəşri iddia edir ki, qısa müddət ərzində Afina avropalı kreditorlarla razılığa gəlməsə, o halda Yunanıstan Moskvaya üz tutacaq. Nəşrin yazdığına görə, Yunanıstanda yaşananlar ABŞ-ın milli təhlükəsizlik məsələsinə çevrilməkdədir. Əgər, Barak Obama administrasiyası yunan böhranı ilə bağlı fəal addımlar atmasa, bu zaman Rusiyanın regionda öz nüfuzunu artırması üçün gözəl şans yaranacaq. Bununla da avropalıların NATO və Avropa İttifaqına olan inamı heçə enəcək. Nəşrə görə, hazırda Ağ Ev bütü səylərini o qədər də əhəmiyyət kəsb etməyən problemlərinin həllinə yönəldilib. ABŞ Milli Təhlükəsizlik Şurasının sabiq üzvü Henri Haya görə, Vaşinqton Yunanıstan məsələsində operativ hərəkət etməlidir. Əks halda Rusiya bütün bunlardan yararlanaraq Şimali Atlantika Alyansına üzv olan ölkə ilə əlaqələrini daha da gücləndirə bilər. Eyni zamanda, Moskva Afinaya maliyyə yardım göstərməsi müqabilində Aralıq dənizindəki qiymətli limanlara daha geniş çıxış əldə edəcək.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info