Fransanın “La Revue” qəzeti Aznavurun məqaləsini sərt tənqid edib
Tarix: 09.07.2015 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Fransanın “La Revue” qəzetində “Aznavur səhv oxuyanda” adlı məqalə dərc olunub. Müəllif Jan-Lui Guro erməni əsilli tanınmış müğənni Şarl Aznavurun “Le Monde” qəzetində dərc olunan yazısını tənqid edib: “Aznavurun doğru olmayan ifadələr işlətməsi, gərgin olan münasibətləri daha da gərginləşdirməsi və artıq mürəkkəb olan vəziyyəti çətinləşdirməsi yaxşı deyil.
Azərbaycanın Ermənistan üçün təhdid olmadığını siz yaxşı bilirsiniz. On ildən çoxdur Azərbaycan Respublikası ərazisinin 20%-ni hərbi yolla işğal edən Ermənistandır. Belə olduğu halda, siz necə yazırsınız ki, ilin əvvəlindən Azərbaycan və Dağlıq Qarabağ arasındakı təmas xəttində 20 yaşlı əsgərin ölmədiyi bir həftə olmayıb? Niyə dəqiqləşdirmirsiniz ki, bu ölən əsgər əksər hallarda rus-erməni qoşunları tərəfindən güllələnən azərbaycanlı əsgər olur? Hansı ki, həmin qoşunlar Dağlıq Qarabağ və heç vaxt ermənilərin yaşamadığı Azərbaycanın digər yeddi inzibati rayonunu işğal edib? Niyə söyləmirsiniz ki, Dağlıq Qarabağı ələ keçirən Ermənistan orada etnik təmizləmə aparıb? 1992-ci ilin fevralında Xocalıda 800 dinc azərbaycanlı, o cümlədən qadın, uşaq və qocalar sizin qohumlarınız tərəfindən soyuqqanlı şəkildə qətlə yetirilməyibmi? Bu gün 40 min erməninin dinc şəkildə Azərbaycanın paytaxtı Bakıda yaşadığı halda, 250 min azərbaycanlının 1988-ci ildə Ermənistandan qovulmasını və bir nəfər də olsa azərbaycanlının Ermənistanda yaşaya bilməməsini, siz hörmətli Aznavur, necə izah edirsiniz? Mən məsələni daha da gərginləşdirməməyə və başqalarına böhtan atmamağa çağırıram".




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədrinin Azərbaycana səfəri başlayıb
20.09.2018
Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info