Misirin dövlətçiliyi təhlükə altındadır
Tarix: 30.01.2013 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


Misir prezidentinin fövqəladə vəziyyət elan etməsinə və iğtişaşların baş verdiyi şəhərlərə ordu yeritməsinə baxmayaraq, qarşıdurmalar səngimək bilmir. Rəsmilər Misirin dövlətçiliyinin təhlükə qarşısında qaldığını bəyan edirlər.
Misirin müdafiə naziri Əbdəl Fəttah Sisi uzun müddət sonra ilk dəfə media qarşısına çıxaraq ölkədə vəziyyətin həddən artıq kritik olduğunu bildirib. Onun sözlərinə görə, problemlər tezliklə öz siyasi həllini tapmasa, Misir dövləti tənəzzülə uğraya bilər.
Bu arada Misirdə qarşıdurmalar səngimək bilmir. Ötən gün axşam saatlarına qədər davam edən etirazlarda növbəti dəfə fəallarla təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar yaşanıb. Təhrir meydanına toplanan etirazçılar aksiyanı dağıtmaq üçün gələn polislərə daş və dəmir parçalarla hücum ediblər. Polis isə gözyaşardıcı qazlar və səs bombaları ilə etirazçılara müdaxilə edib. Rəsmilərin verdiyi məlumata görə, qarşıdurmalar zamanı 20-ə yaxın etirazçı xəsarət alıb. Aksiya zamanı etirazçılar şəhərdə çoxlu sayda dağıntılar törədiblər. Bəzi mənbələr şəhərdə mehmanxanalardan birinin yandırıldığını bildirirlər. Həmçinin müxtəlif rayonlarda hökumət dairələrinin və polis məntəqələrinin hücumlara məruz qalması ilə bağlı da xəbərlər yayılıb.
Ölkədəki vəziyyətlə əlaqədar prezident Məhəmməd Mursinin Fransaya rəsmi səfəri təxirə salınıb. Qeyd edək ki, Mursinin Almaniyaya, daha sonra Fransaya iki günlük rəsmi səfəri gözlənilirdi.
Qeyd edək ki, müxalifətin prezident Məhəmməd Mursinin sülh dialoqu təkliflərini qəbul etməməsi ölkədə gərginliyi daha da artırıb. Etirazçılar isə heç bir qadağalara məhəl qoymadan mübarizələrini davam etdirəcəklərini bildiriblər. Artıq bir həftədir ki, davam edən etiraz aksiyalarında 60-a yaxın insanın öldürüldüyü bildirilir.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info