ABŞ həbsxanasındakı işgəncələr azyaşlı amerikalının dili ilə
Tarix: 09.07.2015 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


Amerikanın “The Campaign for Youth Justice” təşkilatının dərc olunan hesabatında yetkinlik yaşına çatmış məhbuslar üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisələrində 10 minə yaxın azyaşlı dustağın saxlanıldığı bildirilir. “RIA Novosti”nin verdiyi xəbərə görə, məlumatda deyilir ki, azyaşlı dustaqlar tez-tez nəzarətçilər və kamera yoldaşları tərəfindən kobud münasibətin qurbanı olurlar.
Bunu 17 yaşında xırda fırıldaqçılığa görə həbsxanaya atılan Ceyminin hekayəsi də təsdiq edir.
Vəkilə yazdığı məktubda cavan qız 2012-ci il iyun ayında baş verən hadisədən danışır: “...Kamerama qaz buraxdılar və məni oradan dartıb çıxardılar. Nəfəs ala bilmirdim, boğulurdum. Öskürməyə başladım və bu zaman tüpürcəyim nəzarətçinin üstünə düşdü. Buna görə o, məni hüquq-mühafizə orqanlarının əməkdaşına hücumda ittiham etdi”.
Ceymi iddia edir ki, bir dəfə onu 4 gün ərzində hərəkətsiz vəziyyətdə saxlayıblar, tualet və duşdan istifadə etməyə icazə verməyiblər.
Miçiqan Cinayətkarlıq və Qanun Pozuntularına Qarşı Mübarizə Şurasının direktor müavini Kristen Steyli hesab edir ki, uşaqlar belə müəssisələrə salınmamalıdır. O, həmçinin islah müəssisələrinin əməkdaşları tərəfindən seksual təcavüz, zorakılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə etmək hallarını da qeyd edir.
K.Steyli qeyd edir ki, ABŞ cəza sistemindəki cari vəziyyət ölkənin cəzaçəkmə müəssisələrində nəzarətçilərin işlərinə yenidən baxılmasını tələb edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal
20.09.2018
Şinzo Abe yenidən Yaponiyanın hakim Liberal Demokratik Partiyasının sədri seçilib
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info