Bəhram Xəlilov: “Dövlət qulluğu ilə bağlı müsabiqələr tam şəffaf və obyektiv keçirilir”
Tarix: 09.07.2015 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


“Dövlət qulluğuna qəbulda vətəndaşların bilikləri, şəxsi keyfiyyətləri, xüsusi bacarıqlarını nəzər almaqla obyektiv və tam şəffaf qəbul prosesi həyata keçirilir. Burada başqa heç bir meyar nəzərə alınmır. Komissiyanın dövlət qulluğu ilə bağlı keçirdiyi müsabiqələr tam şəffaf və obyektiv keçirilir. Bir çox problemlərimiz var idi, onları da tədricən aradan qaldırmışıq”. Bunu Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib. B. Xəlilovun sözlərinə görə, müsahibə komissiyalarına müstəqil ekspertlər daxil edilib: “Xüsusilə korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının nümayəndələri şəxsən vətəndaşın vakant dövlət qulluğu vəzifəsinə uyğun olub-olmamasına qərar verirlər. Biz müsahibələrin video çəkilişini də aparırıq. Bütün çəkilişlər arxivimizdə saxlanılır. Müsahibəni insanlar apardığından subyektiv məqamlar var. Video çəkiliş isə bizə imkan verir ki, bu məsələdə obyektivliyi tam təmin edə bilək. Problem yarananda biz o çəkilişlərin əsasında araşdırmalar aparırıq. Bizdə apellyasiya komissiyası fəaliyyət göstərir. Vətəndaş ora müraciət edə bilər. Təəssüf ki, heç kim müraciət etmir. Çünki bilirlər ki, onların şikayətləri əsassızdır. Apellyasiya komissiyası bu məsələləri çox ciddi şəkildə araşdırır. Video çəkilişin stenoqramı təşkil olunur və ekspertlər dəvət edilir. Hansı sualların düzgün və ya səhv cavablandırılması qiymətləndirilir”. Komissiya sədri qeyd edib ki, müsabiqələrin tam şəkildə elektronlaşdırılır: “Beş ilə yaxındır ki, test imtahanları kompüter vasitəsi ilə aparılır. Rəsmi internet səhifəmizdə müsabiqə ilə bağlı, o cümlədən test bazasının, sualların mənbələri, müsahibə üçün proqramlar hamısı yerləşdirilir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info