Tibbi-Sosial Ekspert Komissiyasının yeni binası istifadəyə verilib
Tarix: 09.07.2015 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən tibbi-sosial ekspertiza xidmətinin təkmilləşdirilməsi məqsədilə mühüm islahat tədbirləri ilə yanaşı, Tibbi-Sosial Ekspert Komissiyalarında (TSEK) əhaliyə xidmət şəraitinin yaxşılaşdırılması yönündə də işlər aparılır. Ötən ilin ortalarından etibarən ƏƏSMN-nin 38 TSEK-indən artıq 24-ü müasir iş şəraiti və tibbi avadanlıqlarla, müayinə cihazları ilə təmin olunublar. Qısa müddət ərzində digər TSEK-lər də belə iş şəraitinə malik olacaqlar. Bu barədə ƏƏSMN-nin Səbail rayonu üzrə 10 saylı TSEK-i üçün müasir tələblərə uyğun iş şəraitinin istifadəyə verilməsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov məlumat verib. Nazir müavini vurğulayıb ki, bu gün nazirliyin diqqətində dayanan əsas məsələ vətəndaşlara xidmət səviyyəsinin yüksəldilməsi, o cümlədən TSEK-lərə müraciət edən şəxslərin normal şəraitdə və keyfiyyətli tibbi-sosial ekspertiza xidmətləri ilə təmin olunmasıdır.
Son illərdə tibbi-sosial ekspertiza sahəsində şəffaflığın təmin olunması, bu sahəyə nəzarətin xeyli gücləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdıran N.Məmmədov əlilliyin intensivlik göstəricisinin, habelə təkrar əlil və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq hesab edilənlərin sayının getdikcə azaldığını, tam və hissəvi reabilitasiya göstəricilərinin artmaqda olduğunu qeyd edib: “Hazırda fəaliyyət göstərən Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi əlillik müayinəsi ilə bağlı səhiyyə müəssisələri və TSEK-lər arasında elektron məlumat mübadiləsinə şərait yaratmaqla, əlillik təyinatında məmur-vətəndaş təmaslarının minimuma enməsinə səbəb olub: “Ümumən tibbi-sosial ekspertiza sisteminin təkmilləşdirilməsi, bu sahəyə nəzarətin artırılması yönündə aparılan işlərin müsbət nəticələrindən biri kimi, əlillik təyinatı məsələləri ilə əlaqədar nazirliyə və digər instansiyalara şikayət xarakterli müraciətlərin sayı da kəskin şəkildə azalaraq minimuma enib”.
Sonra TSEK-in yeni iş şəraitinə, müayinə avadanlıqlarına baxış olub, göstərilən tibbi-sosial ekspertiza xidməti nəzərdən keçirilib.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
İnstitut işçi axtarır
15.06.2019
Müstəqil sosial müdafiə sisteminin qurucusu
14.06.2019
Bank Hüquq şöbəsinin rəhbəri vəzifəsinə işçi axtarır
14.06.2019
Bankda işləmək istəyənlərin nəzərinə!
14.06.2019
Milli Qurtuluş Günü ərəfəsində Qarabağ müharibəsi əlillərinə bayram hədiyyəsi: avtomobil təqdim edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info