Jeroen Villems: “Azərbaycan və Avropa İttifaqı arasındakı əlaqələr səmərəli şəkildə davam etdirilir”
Tarix: 09.07.2015 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


Bakıda “Dövlət idarəçiliyi islahatları müddətində potensial quruculuğu” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının və Dövlət Qulluğu sahəsində Regional Xabın birgə təşkilatçılığı ilə baş tutub. Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov açıb. O, çıxışında bildirib ki, Azərbaycanda dövlət qulluğu sahəsində əksər neqativ halların qarşısı alınıb: “Dövlət qulluğu sahəsində artıq şəffaflığı təmin edə bilmişik. Biz eyni zamanda, 2014-cü ildən etibarən dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsini aparırıq. Baxmayaraq ki, burada müəyyən problemlər var. Belə görüşlər həm bizim üçün, həm də bizim qonaqlar üçün çox faydalı olacaq. Bu konfransda bizim yeni qonaqlarımız var. Konfransın təşkilində göstərdiyi dəstəyə görə Avropa İttifaqına öz təşəkkürümü bildirirəm”.
BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə BMT-nin birgə inkişaf layihəsi üzrə əməkdaşlığın 2006-cı ildən davam etdiyini söyləyib: “Bu əməkdaşlıq davam etməlidir. Avropa İttifaqının iki illik layihəsi əsasında Azərbaycanda dövlət qulluqçularının təkmilləşdirilməsi işi davam etdiriləcək”.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməkdaşlıq Sektorunun rəhbəri Jeroen Villems qeyd edib ki, Azərbaycan və Avropa İttifaqı arasındakı əlaqələr səmərəli şəkildə davam etdirilir: “Bu mənada Avropa İttifaqı öz qonşuluq siyasətini yeniləməkdədir. Bu yeni siyasət hazırda formalaşmaqdadır. Ölkələrin qarşılıqlı maraqlarında olan sahələrə diqqət artırılmalıdır. Azərbaycanla münasibətlərə fərqli yanaşma əlaqələrin inkişafına təsir göstərəcək. Keçən il biz viza ilə bağlı saziş imzalamışıq. Biz hazırda strateji tərəfdaşlıq barədə sazişi nəzərdən keçiririk. Biz bu qurumların potensialının artırılmasına diqqət ayırırıq. Dövlət qulluğunda insan resurslarının artırılması çox önəmlidir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə sıx əməkdaşlıq edirik. Biz təlim mərkəzinin yaradılmasına şərait yaratmışıq. Komissiya artıq beynəlxalq qurumlarla uğurlu əlaqələr qurub ki, bugünkü tədbir bunun bariz nümunəsidir. Avropa İttifaqında Ümumi Daxili Məhsul və iş yerlərinin 50 faizi dövlət qulluğu sahəsi ilə bağlıdır”.
Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel I Avropa Oyunların uğurlu təşkilatçılığına görə Azərbaycan təbrik edib: “Bizim Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası ilə bağlı qanunvericilik sahəsində möhtəşəm əməkdaşlığımız olub. Bu böyük bir çağırışdır. Konfransda çox saylı dövlət qulluqçuları iştirak edir. Müsbət hədəfləri tapmağa çalışmalıyıq”.
Qeyd edək ki, konfrans Avropa İttifaqı tərəfindən maliyyələşən, BMT-nin İnkişaf Proqramı və Dövlət Qulluğu üzrə Komissiya tərəfindən həyata keçirilən “Hərtərəfli İnstitusional Quruculuq Proqramının İnstitusional İslahat Planının həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya Dəstək” layihəsi çərçivəsində keçirilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Azərbaycanda münaqişəli ailələrin sayı artır
19.02.2019
Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş direktoru Şimal bölgəsinə səfər edib
19.02.2019
“EcoArt” layihəsi başa çatıb
19.02.2019
Peşə hazırlığı kurslarının Almaniya təcrübəsinə uyğun təşkili məsələləri müzakirə olunub
19.02.2019
Şəhidlik ölməzlikdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info