Azərbaycan gəncliyi daha yaxşı gələcək üçün təkliflər verəcək
Tarix: 09.07.2015 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, BMT-nin Əhali Fondunun tərəfdaşlığı çərçivəsində “Azərbaycan Gəncliyi daha Yaxşı Gələcək uğrunda Fəaliyyətdə” layihəsi həyata keçiriləcək.
Layihənin əsas məqsədi gənclərin perspektivlərini üzə çıxararaq, onların ehtiyaclarının yetkinlik dövründə təhlükəsiz, sağlam və uğurlu keçidini təmin edəcək milli inkişaf çərçivəsinin hazırlanması prosesində nəzərə alınmasıdır. Layihə zamanı gənclərin reproduktiv sağlamlıq, gender bərabərliyi, erkən nikah və İİVQİÇS kimi mövzular üzrə məlumatlılığını artırılması, müxtəlif mədəni, etnik və sosial qruplardan olan gənclərin ehtiyaclarını və maraqlarını müəyyən etməklə bu istiqamətdə təkliflər paketinin hazırlaması nəzərdə tutulub.
Layihə Lənkəran, İsmayıllı və Ağdam rayonlarında, eləcə də Bakı şəhərində keçiriləcək müxtəlif tədbirlərdən ibarət olacaq. Qeyd olunan rayonlarda Y-Peer Azərbaycan şəbəkəsinin təlimçiləri tərəfindən iştirakçılarla Azərbaycan gənclərinə, xüsusilə bölgələrdəki gənclərə aid prioritet məsələlər müzakirə olunacaq, daha sonra onlarla fikir mübadiləsi aparılacaq və təkliflər səsləndiriləcək. Hər regionda 5 gün müddətində davam edəcək teatr-əsaslı təlimlər ərzində iştirakçılar 2015-ci ildən sonrakı inkişaf gündəliyində xüsusi mesajları ilə öz selfilərini çəkəcək və sosial şəbəkələrdə paylaşacaqlar.
Təlimlərdən sonra dövlət rəsmilərinin də daxil olduğu geniş auditoriya üçün iştirakçılar tərəfindən müzakirə olunan mövzularla bağlı simulyasiya xarakterli teatr tamaşaları nümayiş etdiriləcək. Daha sonra açıq müzakirələr və sual-cavab sessiyasında iştirakçılar sözügedən mövzular ilə bağlı öz fikirlərini səsləndirmək imkanı əldə edəcəklər.
Yüzə yaxın gənc və gənclər təşkilatları nümayəndələri, eləcə də dövlət nümayəndələrinin iştirakı ilə layihənin yekun konfransının Bakı şəhərində keçirilməsi nəzərdə tutulub. Konfrans zamanı regionlarda keçirilən təlimlərdə iştirakçıların verdiyi təkliflər səsləndiriləcək və bu təklifləri əhatə edən “Azərbaycan Gəncliyi daha Yaxşı Gələcək uğrunda Fəaliyyətdə” bəyannaməsi təqdim olunacaq. Sonda, bəyannamənin əsas müddəalarının sentyabr ayında Nyu-Yorkda keçiriləcək BMT sammiti zamanı Azərbaycan Respublikasının hökuməti tərəfindən təqdim ediləcək hesabatda əks etdirilməsi məqsədilə sənəd Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Xarici İşlər Nazirliyinə təqdim olunacaq.
Xatırladaq ki, insan kapitalının və ölkə gənclərinin potensialının inkişafı, Azərbaycan gənclərinin səsinin beynəlxalq arenaya çatdırılmasının Azərbaycan Respublikasının əsas prioritetlərindən biri olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası BMT-nin Əhali Fondu ilə tərəfdaşlıq çərçivəsində kampaniyanın birinci mərhələsini 2014-ci ildə “Gənclərin Səsi – Şərqi Avropada və Mərkəzi Asiyada Bizim istədiyimiz gələcək” adı altında həyata keçirib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini həmişə hiss edirik
22.09.2019
“Tapa” qasırğası Koreya Respublikasında insan tələfatına səbəb olub
22.09.2019
Bu gün İranda Müqəddəs Müdafiə Həftəsi başlayıb
22.09.2019
Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib
22.09.2019
Erməni qadınların ağuşundakı avropalı deputatlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info