Britaniyalı siyasətçilər: “Artıq Ermənistanın Dağlıq Qarabağın işğalındakı rolunu etiraf etməyin vaxtı çatıb”
Tarix: 09.07.2015 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


Strasburqda yerləşən Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Böyük Palatası “Çıraqov və digərləri Ermənistana qarşı” (ərizə No. 13216/05) işi ilə bağlı qərarı britaniyalı parlamentarilər tərəfindən ədələtin təntənəsi kimi dəyərləndirilib.
Avropa İnsan Hüquqları Konvensiyasının üç xüsusi maddəsinin pozuntusunun qəbul edilməsindən əlavə məhkəmə həmçinin Ermənistanın Dağlıq Qarabağa və 7 ətraf rayonun ərazisinə tam nəzarətinin olmadığını iddia edən Ermənistan hökumətinin etirazını rədd edib. Məhkəmə qərar verib ki, bu münaqişə hazırda hakimiyyətdə olan rejimin üzvləri tərəfindən başlandığından və həyata keçirildiyindən Ermənistan bu münaqişəyə cavabdehdir.
Trend-in məlumatına görə, Böyük Britaniya Parlamentinin üzvü Stefen Hepbörn Avropa Azərbaycan Cəmiyyətinin sorğusuna cavabında bəyan edib ki, Ermənistan hökuməti bu qərarın yaratdığı imkandan faydalanmalı və Azərbaycan ərazilərinin işğalında oynadığı rolu qəbul etməlidir. S.Herbörn bildirib ki, onlar artıq 20 il davam edən durğunluq vəziyyətindən sonra diplomatik irəliləyişə nail olmaq üçün ciddi danışıqlara başlamalıdırlar.
Öz növbəsində Baronessa Zahidə Mənsur bildirib ki, AİHM-in bu qərarı münaqişənin Dağlıq Qarabağın yerli əhalisi olan ermənilər tərəfindən aparılması barədəki mifi darmadağın edib. Z.Mənsur qeyd edib ki, bu Azərbaycanın suveren ərazisinin Ermənistan tərəfindən işğalıdır: "Sülh əsasında həll yolunun tapılmasında danışıqlara dürüst yanaşmaq və nəhayət ki, müəyyən irəliləyiş əldə etmək üçün bunu qeyd etmək vacibdir".




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
Vüsal Hüseynov: “Son 5 ildə 1211 nəfər Avropa ölkələrindən Azərbaycana readmissiya edilib“
18.07.2019
NATO-da Türkiyənin alyansdan çıxarılması fikri səsləndirilməyib
18.07.2019
Bolton: ABŞ Özbəkistandakı islahatları alqışlayır
18.07.2019
Gürcülər üçün viza rejiminin ləğvi hələ də qüvvədədir
18.07.2019
Mişel Alber-Poli: Azərbaycan xalçalarını çox sevirəm

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10831

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info