«Azərbaycan mətbuatı və milli-mənəvi dəyərlərimiz» mövzusunda konfrans keçiriləcək
Tarix: 09.07.2015 | Saat: 19:48:00 | E-mail | Çapa göndər


İiyulun 10-da saat 10.30-da Azərbaycan Milli Kitabxanasında (Axundov kitabxanası) «Azərbaycan mətbuatı və milli-mənəvi dəyərlərimiz» mövzusunda konfrans keçiriləcək. Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bağlı hazırlanmış tədbirlər planına uyğun olaraq keçiriləcək tədbirin təşkilatçıları Azərbaycan Respublikasının Prezidenti Administrasiyası, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurasıdır.
Konfransda Azərbaycan milli mətbuatının 140 ildə keçdiyi yola nəzər salınacaq, müasir dövrdəki inkişaf perspektivləri təhlil olunacaq, mövzu ətrafında müzakirələr aparılacaq. Toplantıda KİV rəhbərlərinin, dövlət rəsmilərinin, elm xadimlərinin, ictimai təşkilatların təmsilçilərinin, ziyalıların iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, konfransda həmçinin Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mətbuat Şurasının «Milli rəqslərimiz milli dəyərimizdir» mövzusundakı müsabiqəsinin qalibləri də mükafatlandırılacaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info