“Xinhuanet“: “BRİKS-in uğurları inkar edilərsə, Qərbin sonrakı tərəqqisindən söhbət gedə bilməz”
Tarix: 09.07.2015 | Saat: 22:18:00 | E-mail | Çapa göndər


“BRİKS artıq dünya iqtisadi artımını irəli aparan, qlobal iqtisadi idarəetməni tamamlayan, beynəlxalq münasibətləri demokratikləşdirə bilən bir vacib gücə çevrilib”

Çin mediası dünyanın bir sıra əsas ölkələrini bir araya gətirən BRİKS-in perspektivindən yazıb. "Xinhuanet" media qurumu bildirir ki, BRİKS mexanizmi yaranan vaxtdan bəri onu tez-tez çirkaba bulamağa çalışırlar: “Son illərdə müxtəlif daxili və xarici faktorlara görə qrupa üzv ölkələrdə iqtisadi durğunluq ortaya çıxdı, bəzi üzv dövlətlərdə iqtisadiyyatın vəziyyəti yaxşı deyil, nəticədə BRİKS-in ünvanına neqativ şərhlər yağdırılmaqdadır.
Əslində isə situasiya bir o qədər də pis deyil: üzv ölkələr qarşılıqlı fəaliyyətlərini dərinləşdirirlər, əməkdaşlıq mexanizmlərinin və təşkilatlarının böyük potensialını inkişaf etdirirlər. Bu onu göstərir ki, BRİKS ölkələrində əvvəlki kimi əla perspektivlər var”.
Qeyd edilir ki, BRİKS-i tənqid edənlərin iki tipi var: “Birincilər “ağacı” görsələr də, “meşənin” mövcudluğundan xəbərsizdirlər, yəni situasiyanı tam təsəvvür edə bilmirlər. Onlar bilirlər ki, BRİKS çətinliklərlə üzləşib, amma onun əməkdaşıq üçün imkanları və böyük inkişaf potensialı barədə fikirləşmirlər.
Bu cür insanlar uzaqgörən deyillər, ona görə də BRİKS-i ləkələməyə çalışırlar.
Digər tip insanlar isə BRİKS ölkələrinin iqtisadiyyatlarının inkişafına həsəd aparırlar, onlara xoş gəlmir ki, bu üzv ölkələr bir-birilərilə əməkdaşlıq edirlər. Buna görə də onlar BRİKS-in qlobal inkişafa verdiyi töhfəyə önəm vermirlər.
Təşkilatda işlərin necə olmasından söhbət düşdükcə, əsas vurğu rəqəmlərin üzərinə düşür. Hazırda təşkilata üzv ölkələr dünya iqtisadiyyatının beşdəbirinə malikdirlər. Ötən on ildə onların buna töhfəsi 50 faizi ötüb. Əgər alıcı qabiliyyəti paritetindən çıxış etsək, 2013-cü ildə BRİKS iqtisadiyyatının həcmi 30.1 trilyon dolları ötüb. Təşkilat bu baxımdan “Böyük 7” ölkələrinə güzəştə gedir. Belə ki, “Böyük 7” ölkələrinin iqtisadiyyatlarının həcmi 33.2 trilyon dollardır.
Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, 2030-cu ilə qədər qrup ölkələrinin iqtisadi artım templəri inkişaf etmiş ölkələr və yeni iqtisadiyyata malik ölkələrin iqtisadi artım templərini ötəcək.
Amma hazırda birlik ölkələri bir sıra iqtisadi çətinliklər yaşayırlar. Buna baxmayaraq, onların böyük bazar potensialı və məqsədlərini reallaşdırmaq imkanları var.
BRİKS daim öz bazasını genişləndirir. İndi təşkilatın əsas mexanizmi üzv ölkələrin liderlərinin görüşüdür. Bundan başqa təhlükəsizliklə bağlı nazirlərin, eləcə də xarici işlər nazirlərinin görüşləri keçirilir. Müxtəlif istiqamətlərdə işgüzar əməkdaşlığın inkişaf etdirilməsi üçün çoxplanlı struktur yaradılıb. Ötən il Braziliyanın Fortaleza şəhərində beş ölkənin başçıları BRİKS-in yeni inkişaf bankının yaradılması və gözlənilməz situasiyalarda istifadə etmək üçün ehtiyatların formalaşdırılması ilə bağlı razılıq imzaladılar.
Hazırda bu razılaşmanın ratifikasiya edilməsi ilə bağlı bütün lazımi prosedurlar tamamlanıb. Gözlənilir ki, Ufadakı görüşdə liderlər BRİKS ölkələrinin iqtisadi tərəfdaşlığını müzakirə edəcək və yaxın illərdə iqtisadi əməkdaşlıq üçün plan işləyəcəklər.
BRİKS-in böyük perspektivləri var. Birliyin əsas xüsusiyyəti odur ki, onun üzvləri böyük əməkdaşlıq potensialı olan regional dövlətlərdir.
Rəhbərlər arasında danışıqlar sayəsində ölkələr üçün qarşılıqlı faydalılıq daim artır, əməkdaşlıq bazası fasiləsiz genişlənir, əməkdaşlığın tempi də sürətlənir.
Bütün dövlətlər bir-birini dəstəkləyirlər və dünya maliyyə sistemində islahat, ticarət, qlobal iqlim, Suriyada vəziyyət kimi məsələlərdə əməkdaşlıq edirlər.
BRİKS artıq dünya iqtisadi artımını irəli aparan, qlobal iqtisadi idarəetməni tamamlayan, beynəlxalq münasibətləri demokratikləşdirə bilən bir vacib gücə çevrilib.
BRİKS-i məqsədli tənqid edənlərdən bəziləri isə sanki onun hər gün necə gücləndiyini görmək istəmir.
Bu cür adamlar məsələyə yalnız bir tərəfdən baxırlar və hesab edirlər ki, təşkilat Qərb və mövcud beynəlxalq nizam üçün təhlükə yaradır.
Əslində isə bu cür düşünmək əsassızdır. BRİKS ölkələri hazırkı dünya sisteminə qarşı dayanmaq və onu devirməyi düşünmürlər.
Hindistan müstəqil elmi mərkəzi olan “Observer Research Foundation”ın elmi əməkdaşı Vişvanatanın fikrincə, BRİKS Qərb ölkələri ilə münaqişəyə girməyi düşünmür.
Çünki qloballaşma əsri və inkişaf edən iqtisadiyyatların tərəqqisi bütün dünyaya yeni imkanlar açır. Bu imkanlar həm də inkişaf etmiş ölkələr üçündür. Əgər onların uğurları inkar edilərsə, onda Qərbin sonrakı tərəqqisindən söhbət gedə bilməz.
Tənqid BRİKS-ə inkişaf etməyə mane olmur. Əksinə, tənqid təşkilata inkişaf üçün yeni impuls verir. Təşkilat öz tapşırıqlarının öhdəsindən yaxşı gəlir və bu, ona qarşı bütün mənfi fikirlərə ən yaxşı cavabdır”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info