“Azərbaycan hakimiyyəti xaricə deyil, xalqa söykənərək siyasət aparır”
Tarix: 09.07.2015 | Saat: 22:24:00 | E-mail | Çapa göndər


“ABŞ Senatorlarının Prezident İlham Əliyevə müraciətini diqqətlə oxuyanda dəqiqliklə görmək mümkündür ki, senatorların məktubda adlarını qeyd etdikləri şəxslərin erməni lobbisinə olduqca “böyük” xidmətləri olub”. Bu fikirləri politoloq Ramiz Alıyev deyib.
Politoloq qeyd edib ki, indi “xidmətçiləri”nin həbsdə olması onları bərk narahat edir: “Bu adamlara başa salmaq lazımdır ki, əvvəla, sizin adlarını qeyd etdiyiniz şəxslər siyasi mənsubiyətinə görə həbs olunmayıb və ölkədən çıxışlarına qadağa qoyulmayıb. Həbs olunanlar demək ki, ölkə qanunlarına zidd hərəkətlərinə görə məsuliyyətə cəlb olunublar. Həqiqətən də ABŞ senatorları Azərbaycanda insan haqlarının qorunması ilə bağlı narahatdırlarsa və insanların hüquqlarının qorunmasına dəstək olmaq istəyirlərsə o zaman bir milyondan artıq qaçqın və məcburi köçkünlərimizin illərdir tapdalanmış hüquqlarının bərpa olmasını təmin etsinlər. Öz yaxınlarının məzarlarını ziyarət etmək üçün doğulduqları torpaqlarda girov götürülmüş azərbaycanlıların hüquqlarını təmin etsinlər. Qondarma bir qurumun oyuncaq məhkəməsi ilə ABŞ baş da olmaqla bütün dünyanın hüquq sistemini, beynəlxalq hüquq normalarını ələ salan Ermənistan dövlətinə niyə bir dəfə də olsun təzyiq etmirlər?! Çünki Ermənistan onların bütün tələblərinə cavab verir və bu gün səfalət içindədir. Amma Azərbaycan hakimiyyəti, iqtidarı xaricə deyil, xalqa söykənərək siyasət aparır. Ölkəmizin müstəqil siyasət yürütməsi nə Qərbi, nə də başqa dövlətləri qane etmir. Onlar bütün müstəqil siyasət həyata keçirən ölkələri özlərinin vassalı kimi görmək istəyirlər və bu yolda hər vasitədən istifadə edirlər. Bununla da dünyada vassallığın müasir formalarını yaymış olurlar”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
Türkiyənin Suriyada əsas məqsədi PKK ilə bağlılığı olan yaraqlıların məhv edilməsidir
23.01.2019
Sosial şəbəkələrdəki xaosu necə dayandırmaq olar?
23.01.2019
Azərbaycanda 100 il əvvəl qadınlara səsvermə hüququ verilib
23.01.2019
İtaliyalı nazir: Fransa Afrika ölkələri hesabına dövlət borcunu ödəyir
22.01.2019
Peşəsini sevən şəhid

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info