Günay Hüseynzadə: “Müasir dövrün müəllimi yaradıcı, peşəkar, öz üzərində çalışan olmalıdır”
Tarix: 09.07.2015 | Saat: 22:51:00 | E-mail | Çapa göndər


“Müəllim öyrətmək üçün ilk öncə özü öyrənməlidir. Bu zaman həmin müəllimin dərsinin keyfiyyəti fərqlənəcək və gələcəyimiz üçün potensiallı, bilikli, dünyagörüşlü şəxsiyyət yetişdirəcək”
Müasir dünyada informasiya-kommunikasiya texnologiyalarının tədrisə tətbiqi təhsilin ayrılmaz hissəsinə çevrilib. Artıq təhsil müəssisələrini informasiya-kommunikasiya texnologiyaları olmadan təsəvvür etmək mümkün deyil. Tədrisdə kompüterdən istifadə hər şeylə maraqlanan, çox və daha dərin məlumat almağa çalışan şagird üçün informasiya mühitinin yaranmasına kömək edir. Kompüter müəllim və şagird arasında elektron vasitəçi rolunu oynayır, tədris prosesini daha maraqlı, rəngarəng, əyani edir, onu intensivləşdirir. İmkan yaradır ki, hər şagird fərdi şəkildə öz qabiliyyəti çərçivəsində fəaliyyət göstərsin. Tədris prosesində yeni pedaqoji texnologiyaların tətbiqinə nail olan müəllim təşkilatçılığı öz üzərinə götürməklə, əsasən, şagirdlərin fəallığını artırmış olur, ənənəvi tədris metodlarından tədricən uzaqlaşır. Beləliklə, onların interaktiv fəaliyyətləri artır, düşünmə bacarığı, interaktiv bilikləri və qabiliyyətləri dərinləşir, intellektual səviyyələri yüksəlir. Ümumi təhsil sisteminin inkişaf istiqamətlərinin baş strategiyası şagird şəxsiyyətinin diqqət mərkəzində durmasından, tədris prosesində pedaqoqun, psixoloqun şagirdə münasibətini dəyişməsindən, şagirdi mərkəzdə duran subyekt kimi görməsindən ibarətdir. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda Bakı Modern Məktəbi və 193 saylı tam orta məktəbin riyaziyyat və informatika müəllimi , AMEA, Kibernetika İnstitutunun doktorantı Günay Hüseynzadə qeyd edilən məqamlarla bağlı ətraflı məlumat verdi. O, müsahibəsində müasir üsullardan istifadə məsələsini də dəyərləndirdi:

“Əgər müəllimlər tədris prosesində elektron resurslar portalindan istifadə edəcəksə, ilk öncə özü qeydiyyatdan keçib testlərə nəzər yetirməli, video dərsləri izləməli , portalla ətraflı tanış olmalıdır. Müsbət nəticə əldə etmək üçün bu, mütləqdir”

- Dərs prosesində müasir üsullardan istifadə dərslərin keyfiyyətini artırırmı?
- Əlbəttə, müsbət təsir edir. Məsələn, fənn müəllimi olaraq çalışdığım hər iki məktəbdə növbəti gün keçiləcək mövzunun videodərsinin portalda olduğunu şagirdlərə elan edirəm və onlara tapşırıq olaraq verirəm. Şagirdlər onu izləyərək sərbəst necə anladiqlarını növbəti gün izah edirlər. Bununla da yeni mövzunu anlamaqda digər şagirdlərə yardım edirlər. Bu, dərsin təşkilində şagird fəallığını artırır. Onların sərbəst qavrama qabiliyyətini formalaşdırır. Qeyd etmək istəyirəm ki, əgər müəllimlər tədris prosesində bu elektron resurslar portalından istifadə edəcəksə, ilk öncə özü qeydiyyatdan keçib testlərə nəzər yetirməli, videodərsləri izləməli, portalla ətraflı tanış olmalıdır. Müsbət nəticə əldə etmək üçün bu, mütləqdir.
- Şagirdlərin dərsə marağını artırmaq üçün daha nə etmək
lazımdır?

-Yenilikləri asanlıqla qəbul edən gənc nəsil, bu gün yenilikləri məktəbdən və müəllimlərdən də gözləyir. Bu yenilik məhz şagirdləri yeni bir aləmə aparan Promethean lövhədir. Bu lövhədə maraqlı, rəngarəng, bir-birinə bənzəməyən dərslər hazırlamaqla onların marağını artırmaq, diqqətini cəlb etmək olar. Müasir dövrün müəllimi daim üzərində çalışmalı, yenilikləri öyrənməli, axtarışda olmalı, öyrədici təlimlərdə tez-tez iştirak etməlidir . Bir müəllim olaraq bu yaxınlarda keçdiyim “Elektron məktəb üçün elektron müəllim” təlimində böyük təcrübə topladım. Belə ki, təlimdə "Elektron məktəb üçün elektron müəllim hazırlığının ən vacib aspektləri", "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası", "Distant - məsafədən təhsil zamanı virtual sinfin yaradılması, Distant təhsilin keçirilməsi yolları", "İKT-nin pedaqoji sahədə tətbiqi imkanları", "İKT-nin şagirdlərdə informasiya mədəniyyətinin formalaşdırılmasında rolu", "İKT, ev, məktəb və mədəniyyət", "Sosial şəbəkələr və təhsil", "Veb texnologiyalar", "Elektron dərslərin hazırlanması mexanizmi" və s. mövzular əhatə olundu. Bununla yanaşı, müəllimlərə kiçik mühazirə, təqdimat, müzakirə, "workshop", debat və müxtəlif Veb texnologiyalarından istifadə,onların təlim tətbiq qaydaları öyrədildi. Bu və digər öyrədici təlimlər müəllimlərin təlim prosesində istifadə edəcəyi resurs bazasını artırmaqla şagirdlərin də dərsə marağının artmasına səbəb olur. Əgər biz XXl əsrdə yaşayırıqsa, deməli, zamanın tələbi ilə uzlaşmaq lazımdır. Zamanın müəllimi yaradıcı, peşəkar, öz üzərində çalışan, təkmilləşən olmalıdır. Düşünürəm ki, müəllim öyrətmək üçün ilk öncə özü öyrənməlidir. Bu zaman həmin müəllimin dərsinin keyfiyyəti fərqlənəcək və gələcəyimiz üçün potensiallı, bilikli, dünyagörüşlü şəxsiyyət yetişdirəcək.
- Sizin dərs keçdiyiniz məktəbdə bu sahədə işlər necə qurulub? Şagirdlərin səviyyəsi sizi qane edirmi?
-Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılıb. Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilib. Bu tədbirlər çərçivəsində çalışdığım məktəblərdən biri olan 193 saylı tam orta məktəbdə də böyük işlər görülüb, əsaslı təmir-bərpa işləri aparılıb. Təhsil müəssisəsi informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilib. Məktəbimizin fizika və kimya laboratoriyaları lab-disk qurğusu ilə təmin edilib. Bu qurğu ilk dəfə verilən 2 məktəbdən biri məhz 193 saylı tam orta məktəb olub. Lab-disk cihazı şagirdləri araşdırma aparmağa sövq etməklə, təbiət elmlərinə olan marağı gücləndirib. Lab-disk vasitəsilə şagirdlər yağış suyunun turşuluğunu, müxtəlif yuyucu maddələrin tərkibinin insanın dərisinə təsiri və s. laboratoriya işlərini əyani olaraq asanlıqla müşahidə edirlər. Növbəti tədris ilindən məktəbimizdə ingilis dilinin tədrisinin keyfiyyətinin artırılması məqsədilə linqafon otaqlari, da fəaliyyət göstərəcək. Artıq kabinetlər tam istifadəyə hazırdır. Məktəbimizin pedaqoji kadrları zamanın tələbinə uyğun olaraq yaradıcı, öz üzərində çalışan müəllimlərdir. Nümunə olaraq qeyd edim ki, İnnovativ Texnologiyalar Təşkilatı və Təhsil Nazirliyi arasında imzalanmış müqaviləyə əsasən İnnovativ Texnologiyalar Təşkilatı tərəfindən Bakı şəhəri üzrə ibtidai sinif müəllimləri və ümumi təhsil müəssisələrində fəaliyyət göstərən inzibati heyət üçün 3 ay ərzində müvafiq olaraq “İbtidai siniflərdə dərs deyəcək müəllim heyəti üçün tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə” və “Təhsil sisteminin inzibati-idarəetmə heyətləri üçün İKT üzrə savadlılığın artırılmasına yönəldilmiş treninq xidmətləri” adlı təlimlər keçirilib. Məktəbin 4 ibtidai sinif müəllimi bu təlimlərdə İKT savadlılığının artırılması üzrə yüksək nəticə göstərərək Promethean elekton lövhələrlə mükafatlandırılıb. 193 saylı tam orta məktəbdə şagirdlərin təhsilinin və tədrisinin inkişafı üçün lazım olan hər cür şərait yaradılıb. Bakı Modern Məktəbində özünəgüvənən, yaradıcı, cəmiyyətə töhfə verən gənclərin yetişməsinə xidmət edən öyrədici mühit yüksək səviyyədə yaradılıb. Onların yaradıcı təfəkkürünün inkişafına təsir göstərən innovasiya texnologiyalarından geniş istifadə olunur. Məktəbinin əsas məqsədi Avropa təhsil sisteminə inteqrasiya olmaq, müasir texnologiyalara əsaslanan təlim prosesini təşkil etməklə beynəlxalq standartlara cavab verən müasir tədris - təlim sistemi yaratmaqdır. Görülən bütün işlər yeni layihələr buna sübutdur. May ayında Bakı Modern Məktəbində tədrisində yeniliyə imza atdı. Şagirdlər üçün robotatexnika dərsləri keçirilir, bu praktik dərslərdə şagirdlər mini robotlar hazırlayırlar. Beləliklə, şagirdlərin texniki elmləri marağı daha da artır.
Anar Miriyev





 
Bölməyə aid digər xəbərlər
16.09.2019
“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi
12.09.2019
Ukrayna XİN: “Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər” beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur”
10.09.2019
Almaniya Minsk qrupunun üzvü kimi münaqişənin həlli prosesinə qoşulur
09.09.2019
Tural Gəncəliyev: “İşğal edilmiş Dağlıq Qarabağda keçirilən növbəti “seçki şousu” demokratiya və seçki adına böyük təhqirdir”
05.09.2019
Laçın rayonunun Mirik kəndi ərazisindəki qədim yaşayış məskənləri ermənilər tərəfindən dağıdılır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info