Raffi Mxçyan: “Ermənistanın indiki halı infarktdan qabaqkı vəziyyət kimidir”
Tarix: 09.07.2015 | Saat: 22:54:00 | E-mail | Çapa göndər


“Birinci İnformasiya”: “Onsuz da erməni ictimai rəyində belə bir fikir hakimdir ki, Sərkisyan hakimiyyəti ölkənin dövlət suverenliyini addım-addım məhv etməklə məşğuldur. Hakimiyyət hər addımında Ermənistanın Rusiyanın koloniyası olmasına haqq qazandırmağa
çalışır”.


Ermənistan İxracatçılar Birliyinin sədri Raffi Mxçyan “Birinci İnformasiya”ya verdiyi müsahibədə ölkəsindəki ağır iqtisadi vəziyyəti dəyərləndirib. Cari ilin ilk 5 ayının iqtisadi göstəricilərini dəyərləndirən Mxçyan xarici ticarət dövriyyəsinin 33 faiz azalmasını müxtəlif səbəblərlə izah edib.
Onun sözlərinə görə, bu azalmanın xarici səbəbləri sırasında Yunanıstan böhranı, İranın nüvə məsələsi ilə bağlı danışıqlar və Rusiyaya tətbiq edilən sanksiyalar dayanır. O bildirib ki, İrana tətbiq edilən sanksiyaların ləğv edilməsi neftin qiymətini aşağı sala bilər. Bu isə Rusiya rublunun kursunun daha da aşağı düşməsi deməkdir: “Rusiya iqtisadiyyatına vurulan zərbə Ermənistana da ciddi dərəcədə təsir edir. Regionumuza diqqət etsək, Gürcüstan və Ukraynada da vəziyyətin yaxşı olmadığı görünür. Rəsmi dairələr 2,7 faizlik iqtisadi aktivlik olduğunu deyirlər. Amma hamı yaxşı bilir ki, bu, iqtisadi aktivlik mövsümüdür və kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlıdır. Amma bizim kənd təsərrüfatı məhsulları istehsalçılarımız öz məhsullarını ixrac edə bilmirlər. Yuxarı Lars məntəqəsində içində kənd təsərrüfatı məhsulları olan 100-150 maşın ilişib qalıb. Bir az da qalsalar məhsullar xarab olacaq. İndi bizim ümidimiz ancaq kənd təsərrüfatınadır. Amma bu da Ermənistan iqtisadiyyatını xilas etməyəcək.

“Ermənistanın ən iri tikinti-inşaat firmaları may-iyun ayları ərzində bir konteyner belə, inşaat malı almayıb. Halbuki onlar bir ay ərzində 150-200 konteyner mal alırdılar. Bu o deməkdir ki Ermənistanda inşaat yoxdur”.

Bu gün Ermənistanın dağ-mədən sənayesi müəssisələri ağır vəziyyətdədir və istehsal etdikləri məhsulları sata bilmirlər. Ermənistanın idxalı da kəskin azalıb. Bu gün Rusiyada qiymələr aşağı düşdüyündən oradan məhsul almaq sərf edir. Amma Ermənistan iş adamlarının əlində vəsait yoxdur ki, bu məhsulları alsın. Məndə olan məlumata görə Ermənistanın ən iri tikinti-inşaat firmaları may-iyun ayları ərzində bir konteyner belə, inşaat malı almayıb. Halbuki onlar bir ay ərzində 150-200 konteyner mal alırdılar. Bu o deməkdir ki, Ermənistanda inşaat yoxdur. Ermənistanın daxilində də vəziyyət çox ağırdır. İnsanların sabaha inamı yoxdur. Onlar bu inamsızlığa görə ciblərində olan bir neçə dramı xərcləmək istəmir. Ermənistanın indiki vəziyyəti infarktdan qabaqkı vəziyyət kimidir”. Ermənistan Milli Statistika Xidmətinin yaydığı məlumatda qeyd edilir ki, cari ilin 5 ayında ölkənin MDB ölkələri ilə ticarət dövriyyəsi 305 milyon, Rusiya ilə isə 242 milyon dollar təşkil edib. Halbuki ötən ilin eyni dövründə bu rəqəmlər müvafiq olaraq 634-535 milyon dollar olub. Ötən il Avropa İttifaqı dövlətləri ilə ticarət dövriyyəsi 647 milyon dollar olduğu halda, cari ilin ilk 5 ayında 462 milyon dollar olub. “Tert.am” yazır ki, elektrik enerjisinin qiymətlərinin artması, iqtisadi vəziyyətin ağırlaşması, etiraz aksiyalarının keçirilməsi fonunda Ermənistan prezidenti və baş nazirinin eyni vaxtda Rusiyaya səfər etməsi rəsmi İrəvanın çıxılmaz vəziyyətdə olduğunu göstərir. “Çorrord işxanutyun” nəşri yazır ki, Sərkisyan-Abramyan tandemi vəziyyətdən çıxmağın yollarını Moskva ilə razılaşdırmağa çalışır. Kremldən hansı tapşırığı alsalar, onu da icra edəcəklər: “Onlar bundan sonrakı addımlarını ruslarla razılaşdırmağa çalışırlar”. Məsələni dəyərləndirən “Birinci İnformasiya” yazır: “Onsuz da erməni ictimai rəyində belə bir fikir hakimdir ki, Sərkisyan hakimiyyəti ölkənin dövlət suverenliyini addım-addım məhv etməklə məşğuldur. Hakimiyyət hər addımında Ermənistanın Rusiyanın koloniyası olmasına haqq qazandırmağa çalışır”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Gürcü nazir: Ölkədə dövlət dili ilə bağlı hələ də problemlər var
21.09.2019
Özbəkistanda parlament seçkilərinə start verilib
21.09.2019
Prezident: “Əsrin kontraktı”nın çox böyük faydası var və biz vəsaitdən düzgün istifadə etdik”
20.09.2019
Səfirlik Rostovdakı “Aksay” bazarından həmvətənlərimizin çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib
20.09.2019
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Maykl Pompeodan

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info