Latviya məşqçisi: “Bakıda müasir idman bazaları yaradılıb”
Tarix: 09.07.2015 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


Çimərlik voleybolu üzrə Latviya komandasının məşqçisi Ayqars Birzulis Bakıda keçirilmiş birinci Avropa Oyunları barədə təəssüratlarını bölüşüb. Onun yetirmələri Martinş Plyavinş və Xaralds Reqja qızıl medal qazanıblar. A.Birzulis deyib:
"Azərbaycan paytaxtında qonaqpərvərlikdən tutmuş müasir idman bazalarınadək hər şey bizim xoşumuza gəldi". Latviya məşqçisi bildirib: "Təəssüf ki, biz stadionda bu tarixi tədbirin açılışı və bağlanışı mərasimlərini müşahidə edə bilmədik. Amma mən İnternet vasitəsilə baxdım və əmin oldum ki, Azərbaycan böyük idman bayramı təşkil edib. Birinci Avropa Oyunları bizə çox xoş təəssüratlar bağışladı". A.Birzulis qeyd edib ki, "Brilyant əl" filminin əsas epizodunun Bakıda, İçərişəhərdə çəkildiyini xatırlayır. O deyib: "Biz Kiçik Qala küçəsini gəzdik, şəkil çəkdirdik. “Facebook” səhifəsinə qoyduğumuz bu fotoşəkillər çox bəyənilib".




 
Bölməyə aid digər xəbərlər
29.07.2015
I Avropa Oyunlarının təşkilatçılıq səviyyəsi yüksək idi
22.07.2015
Azərbaycan dünyaya çox əhəmiyyətli idman hadisəsi bəxş etdi
21.07.2015
Pavol Kopp: «Birinci Avropa Oyunları unudulmazdır»
21.07.2015
Beate Şrott: «Bakı mənə “London-2012”ni xadırlatdı»
21.07.2015
Ruslan Savloxov: «Avropaya bu formatda yarışlar lazım idi»

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Ətli dovğa
2 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
3 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
4 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
5 Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info